Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi
  • 855

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi

Healthcare , Government

Proseslərin optimallaşdırılması şöbəsinə aparıcı məsləhətçi

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Proseslərin optimallaşdırılması şöbəsinə aparıcı məsləhətçi

  • Deadline 3 January 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş yeri: 

  • Bakı şəhəri, N.Nərimanov 206A, "Capital Towers" Biznes Mərkəzi

Əməkhaqqı:

  • Rəqabətədavamlı əməkhaqqı

Tələb olunan bilik, təcrübə və bacarıqlar:

  • Ali təhsil (tibbi, iqtisadi və ya idarəetmə)
  • Səhiyyə sahəsi üzrə minimum 2 il iş təcrübəsi (həkim kimi iş təcrübəsi üstünlükdür)
  • Kompüter bilikləri: Microsoft Office – sərbəst
  • Dil bilikləri: İngilis dili və ya rus dili – yaxşı;

Şəxsi keyfiyyət və bacarıqlara dair tələblər: 

  • Analitik təhlil
  • Problem həll etmə
  • Komandada işləmə bacarığı
  • Ünsiyyət bacarığı
  • Vaxtın idarə olunması

İşin təsviri:

  • TƏBİB-də və tabeliyindəki tibb müəssisələrində fəaliyyətlərin təşkilinin mütəmadi olaraq dəyərləndirilməsi və yeni yanaşmaların tətbiqi ilə bağlı təkliflərin verilməsi;
  • Mövcud iş proseslərinin çətinliklərinin, risklərinin, imkanlarının təhlili, təkmilləşdirilməli olan sahələrinin müəyyən edilməsi və optimallaşdırma planının hazırlanması;
  • TƏBİB-in və tabeliyindəki müəssisələrin idarə edilməsinin təkmilləşdirilməsi, fəaliyyətinin optimallaşdırılması, habelə daha səmərəli idarəetmə üsullarının tətbiq edilməsi ilə bağlı təkliflərin verilməsi;
  • Proseslər üzrə mövcud blok-sxemlərin təhlil edilməsi, çatışmazlıqların müəyyənləşdirilməsi;
  • Tibb müəssisələrinin fəaliyyəti üzrə beynəlxalq təcrübənin araşdırılması və təhlil edilməsi; 
  • Tibb müəssisələri şəbəkəsinin optimallaşdırılması üzrə təhlil və təkliflərin təqdim edilməsi; 
  • Proses xəritəsi və layihələrin icrası üzrə müvafiq tapşırıqların yerinə yetirilməsi;
  • Şöbənin fəaliyyəti haqqında normativ sənədlərin, hesabatların və təqdimatların hazırlanmasında iştirak.

Əlavə qeydlər:

  • İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi;
  • İş vaxtı: 09:00 – 18:00.

Müraciət qaydası:

Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmələri xahiş olunur:

  • CV elektron poçt ünvanına göndərilməlidir
  • Mövzu sətrində Proseslərin optimallaşdırılması şöbəsi - aparıcı məsləhətçiqeyd olunmalıdır
  • CV-lər 18 dekabr, 2024-cü il tarixinə qədər göndərilməlidir

Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlərlə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsahibəyə dəvət olunacaqlar.

  • Daily36
  • Weekly374
  • Monthly2012