İş yeri:
- Bakı şəhəri, N.Nərimanov 206A, "Capital Towers" Biznes Mərkəzi
Əməkhaqqı:
- Rəqabətədavamlı əməkhaqqı
Tələb olunan bilik, təcrübə və bacarıqlar:
- Ali təhsil (tibbi, iqtisadi və ya idarəetmə)
- Səhiyyə sahəsi üzrə minimum 2 il iş təcrübəsi (həkim kimi iş təcrübəsi üstünlükdür)
- Kompüter bilikləri: Microsoft Office – sərbəst
- Dil bilikləri: İngilis dili və ya rus dili – yaxşı;
Şəxsi keyfiyyət və bacarıqlara dair tələblər:
- Analitik təhlil
- Problem həll etmə
- Komandada işləmə bacarığı
- Ünsiyyət bacarığı
- Vaxtın idarə olunması
İşin təsviri:
- TƏBİB-də və tabeliyindəki tibb müəssisələrində fəaliyyətlərin təşkilinin mütəmadi olaraq dəyərləndirilməsi və yeni yanaşmaların tətbiqi ilə bağlı təkliflərin verilməsi;
- Mövcud iş proseslərinin çətinliklərinin, risklərinin, imkanlarının təhlili, təkmilləşdirilməli olan sahələrinin müəyyən edilməsi və optimallaşdırma planının hazırlanması;
- TƏBİB-in və tabeliyindəki müəssisələrin idarə edilməsinin təkmilləşdirilməsi, fəaliyyətinin optimallaşdırılması, habelə daha səmərəli idarəetmə üsullarının tətbiq edilməsi ilə bağlı təkliflərin verilməsi;
- Proseslər üzrə mövcud blok-sxemlərin təhlil edilməsi, çatışmazlıqların müəyyənləşdirilməsi;
- Tibb müəssisələrinin fəaliyyəti üzrə beynəlxalq təcrübənin araşdırılması və təhlil edilməsi;
- Tibb müəssisələri şəbəkəsinin optimallaşdırılması üzrə təhlil və təkliflərin təqdim edilməsi;
- Proses xəritəsi və layihələrin icrası üzrə müvafiq tapşırıqların yerinə yetirilməsi;
- Şöbənin fəaliyyəti haqqında normativ sənədlərin, hesabatların və təqdimatların hazırlanmasında iştirak.
Əlavə qeydlər:
- İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi;
- İş vaxtı: 09:00 – 18:00.
Müraciət qaydası:
Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmələri xahiş olunur:
- CV elektron poçt ünvanına göndərilməlidir
- Mövzu sətrində “Proseslərin optimallaşdırılması şöbəsi - aparıcı məsləhətçi” qeyd olunmalıdır
- CV-lər 18 dekabr, 2024-cü il tarixinə qədər göndərilməlidir
Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlərlə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsahibəyə dəvət olunacaqlar.