Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Qazanxanaçı vəzifəsi üzrə vakant yerlər elan edir.
✅İş yeri:
Xocasən Sağlamlıq Mərkəzi
✅Əmək haqqı:
“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydasına uyğun olaraq tənzimlənir.
✅ Tələb olunan bilik, təcrübə və bacarıqlar:
- Orta ixtisas (texniki ixtisaslar üzrə)
- Müvafiq sahə üzrə minimum 1 il təcrübə
- Müvafiq sahə ilə bağlı sertifikat (şəhadətnamə)
✅ İşin təsviri:
- Qazanxananın fasiləsiz işləməsini təmin etmək;
- Qazanlarda suyun səviyyəsinə, buxar təzyiqinə və qızdırıcı sistemlərinə verilən suyun temperaturuna nəzarət etmək;
- Nasos, mühərrik və digər mexanizmlərin iş fəaliyyətinə hakim olmaq, qazanxana sisteminin sxemi və xarakteristikası tələblərini icra etmək;
- Aqreqatlara istismar xidməti göstərməklə, onların fasiləsiz və faydalı işini təmin etmək;
- Xidmət edilən avadanlığı işə salmaq, dayandırmaq və sınamaq;
- Ölçü vasitələrinin göstəricilərinə, avtomatik tənzimləyicilərin və siqnalvericilərin işinə nəzarət etmək;
- Yanacaq sərfinin uçotunu aparmaq.
✅Tələb olunan sənədlər:
- Şəxsiyyəti təsdiq edən sənədin surəti;
- CV;
- Sahə ilə bağlı sertifikatın (şəhadətnamənin) surəti.
✅ Müraciət etmə qaydaları:
Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmələri xahiş olunur:
- CV qeyd edilmiş elektron poçt ünvanına göndərilməlidir;
- Mövzu sətrində müraciət etdiyiniz vəzifənin adı və iş yeri (Xocasən Sağlamlıq Mərkəzi – Qazanxanaçı) qeyd olunmalıdır;
- CV-lər 05.12.2024-cü il tarixinə qədər göndərilməlidir.
Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlərlə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsabiqəyə dəvət olunacaqlar.