Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi
  • 331

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi

Səhiyyə , Dövlət qurumu

Qusar Rayon Mərkəzi Xəstəxanası Satınalma şöbəsinin müdiri

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Qusar Rayon Mərkəzi Xəstəxanası Satınalma şöbəsinin müdiri

  • Deadline 22 Oktyabr 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tabeliyində olan Qusar Rayon Mərkəzi Xəstəxanası Satınalma şöbəsinin müdiri vəzifəsi üzrə vakant yer elan edir.

Mövcud iş yeri: Qusar RMX

Əmək haqqı:

  • Əmək haqqı “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydasına uyğun olaraq tənzimlənir.

Tələb olunan bilik, təcrübə və bacarıqlar:

  • Ali təhsil (idarəetmə və ya iqtisadiyyat)
  • Sahə üzrə minimum 5 il iş təcrübəsi
  • Kompüter bilikləri: Microsoft Office (sərbəst səviyyədə)
  • Dil bilikləri: İngilis dili (arzuolunan) 
  • “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının qanunu və aidiyyəti üzrə Nazirlər Kabinetinin qərarlarını bilməli
  • etender.gov.az internet portalından istifadə edə bilməli

Şəxsi keyfiyyət və bacarıqlara dair tələblər: 

  • Komandada işləmə;
  • Məsuliyyətlilik;
  • Nəticəyönümlülük;
  • İntizamlılıq

İşin təsviri:

  • Qanunvericiliyin tələblərinə əsasən satınalmaların bütün mərhələlərinin icra edilməsi;
  • Fəaliyyət istiqaməti ilə bağlı illik satınalmaların planlaşdırılması və təhlili;
  • Qanunvericiliyin tələblərinə uyğun olaraq satınalma metodlarına (açıq tender, kotirovka sorğuları və s.), müqavilələrin hazırlanmasına və icrasına nəzarət edilməsi;
  • Hesab-fakturaların, elektron qaimələrin, aktların və şöbəyə daxil olan məktubların cavablandırılmasına nəzarət edilməsi;
  • Şöbənin fəaliyyətinin təşkili, tabeliyində olan əməkdaşlar arasında iş bölgüsünün aparılması və rəhbərlik edilməsi;
  • Hesabatların hazırlaması.

Müraciət qaydası:

  • CV-lər Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməlidir;
  • Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Qusar RMX – Satınlama şöbəsinin müdiri” yazaraq göndərmələri xahiş olunur.

Müraciətlər nəzərdən keçirilərək, yalnız yuxarıda göstərilən müraciət qaydalarına riayət edən və tələb olunan sənədləri təqdim edən namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Daily71
  • Weekly402
  • Monthly1409