Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tabeliyində olan Qusar Rayon Mərkəzi Xəstəxanası Satınalma şöbəsinin müdiri vəzifəsi üzrə vakant yer elan edir.
Mövcud iş yeri: Qusar RMX
Əmək haqqı:
- Əmək haqqı “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydasına uyğun olaraq tənzimlənir.
Tələb olunan bilik, təcrübə və bacarıqlar:
- Ali təhsil (idarəetmə və ya iqtisadiyyat)
- Sahə üzrə minimum 5 il iş təcrübəsi
- Kompüter bilikləri: Microsoft Office (sərbəst səviyyədə)
- Dil bilikləri: İngilis dili (arzuolunan)
- “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının qanunu və aidiyyəti üzrə Nazirlər Kabinetinin qərarlarını bilməli
- etender.gov.az internet portalından istifadə edə bilməli
Şəxsi keyfiyyət və bacarıqlara dair tələblər:
- Komandada işləmə;
- Məsuliyyətlilik;
- Nəticəyönümlülük;
- İntizamlılıq
İşin təsviri:
- Qanunvericiliyin tələblərinə əsasən satınalmaların bütün mərhələlərinin icra edilməsi;
- Fəaliyyət istiqaməti ilə bağlı illik satınalmaların planlaşdırılması və təhlili;
- Qanunvericiliyin tələblərinə uyğun olaraq satınalma metodlarına (açıq tender, kotirovka sorğuları və s.), müqavilələrin hazırlanmasına və icrasına nəzarət edilməsi;
- Hesab-fakturaların, elektron qaimələrin, aktların və şöbəyə daxil olan məktubların cavablandırılmasına nəzarət edilməsi;
- Şöbənin fəaliyyətinin təşkili, tabeliyində olan əməkdaşlar arasında iş bölgüsünün aparılması və rəhbərlik edilməsi;
- Hesabatların hazırlaması.
Müraciət qaydası:
- CV-lər Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməlidir;
- Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Qusar RMX – Satınlama şöbəsinin müdiri” yazaraq göndərmələri xahiş olunur.
Müraciətlər nəzərdən keçirilərək, yalnız yuxarıda göstərilən müraciət qaydalarına riayət edən və tələb olunan sənədləri təqdim edən namizədlərlə əlaqə saxlanılacaqdır.