Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi
  • 118

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi

Səhiyyə , Dövlət qurumu

RTTTYM – Həkim / Psixiatr

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

RTTTYM – Həkim / Psixiatr

  • Deadline 21 Noyabr 2024
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tabeliyində olan Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzində həkim-psixiatr vəzifəsi üzrə vakant yerlər elan edir:

Əməkhaqqı:

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydasına uyğun olaraq tənzimlənir.

Tələb olunan bilik, təcrübə və bacarıqlar:

  • Ali tibb təhsili (psixiatriya);
  • Sahə üzrə staj tələbi yoxdur;
  • Qüvvədə olan sertifikasiya şəhadətnaməsi, BLS və ALS proqramları üzrə sertifikatların olması arzuolunandır.

Tələb olunan sənədlər:

  • Şəxsiyyəti təsdiq edən sənədin surəti;
  • Əsas (baza ali) tibb təhsili haqqında sənədin surəti (diplom), xaricdə təhsil almış namizədlərin ali tibbi təhsil sahəsində ixtisasları Azərbaycan Respublikasında ekvivalentliyi müəyyən edilməklə (nostrifikasiya olunmaqla);
  • Xarici dövlətlərdə təhsil alan şəxslər üçün işə buraxılma haqqında şəhadətnamənin surəti (namizədin işə qəbulunun rəsmiləşdirilməsi zamanı tələb olunacaq);
  • Sertifikasiya şəhadətnaməsinin surəti (sertifikasiyadan keçməkdən qanunvericiliklə nəzərdə tutulmuş azadolma halları istisna olmaqla).

Müraciət etmə qaydaları:

Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmələri xahiş olunur:

  • CV qeyd edilmiş elektron poçt ünvanına göndərilməlidir;
  • Mövzu sətrində müraciət etdiyiniz vəzifənin adı və iş yeri (RTTTYM – həkim-psixiatr ) qeyd olunmalıdır;
  • CV-lər 20.11.2024-cü il tarixinə qədər göndərilməlidir.

Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlərlə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsabiqəyə dəvət olunacaqlar

  • Daily0
  • Weekly330
  • Monthly495