Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi
  • 234

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi

Healthcare , Government

Satınalma üzrə mütəxəssis (Salyan Rayon Mərkəzi Xəstəxanası)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Satınalma üzrə mütəxəssis (Salyan Rayon Mərkəzi Xəstəxanası)

  • Deadline 26 October 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) tabeliyində olan “Salyan Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Satınalma üzrə mütəxəssis vəzifəsi üzrə vakant yer elan edir:

Mövcud iş yerləri: “Salyan Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs

Əmək haqqı:

  • Əmək haqqı “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydasına uyğun olaraq tənzimlənir.

Tələb olunan bilik, təcrübə və bacarıqlar:

  • Təhsil: Ali (maliyyə, iqtisadiyyat arzuolunandır)
  • İş təcrübəsi: Dövlət satınalmaları sahəsində ən azı 1 il
  • Kompüter bilikləri: Microsoft Office (yaxşı səviyyədə)
  • Qanunvericilik üzrə biliklər: Dövlət satınalmaları haqqında AR qanunu 

Digər: 

  • etender.gov.az portalından istifadə ;
  • Sərbəst ünsiyyət və sənədlərlə iş bacarığı;
  • Kollektiv ilə işləmək bacarığı.

İşin təsviri:

  • İllik satınalma planının hazırlanması və qanunda müəyyən edilmiş müddət ərzində elektron satınalmalar portalında yerləşdirilməsi;
  • Ehtimal olunan qiymətin hesablanması üçün bazar araşdırılmasının aparılması və  müvafiq formanın təsdiq etdirilməsi;
  • Elektron satınalmalar portalında (etender.gov.az) satınalma proseduru ilə bağlı elanların yerləşdirilməsi;
  • "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanunu tələblərinə uyğun olaraq satınalma prosedurlarının həyata keçirilməsi, tenderin əsas şərtlər toplusunun, iclas protokolunun, yekun protokolun hazırlanması və komissiya üzvləri tərəfindən təsdiq edilməsi üçün zəruri tədbirlərin görülməsi;
  • Satınalma müqavilələrinin hazırlanması,  təsdiq etdirilməsi, əlavə və dəyişikliklərin hazırlanması, ləğv edilməsi, icrasına nəzarət edilməsi və reyestrinin aparılması;
  • Daxil olmuş hesab fakturaların, aktların müqavilə öhdəliklərinə uyğunluğunun yoxlanılması;
  • Həyata keçirilən satınalma prosedurları ilə bağlı hesabatların hazırlanması.

Müraciət qaydası:

  • CV-lər Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməlidir;
  • Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Salyan RMX – Satınalma üzrə mütəxəssis” yazaraq göndərmələri xahiş olunur.

Müraciətlər nəzərdən keçirilərək, yalnız yuxarıda göstərilən müraciət qaydalarına riayət edən və tələb olunan sənədləri təqdim edən namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Daily0
  • Weekly347
  • Monthly1359