Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Strateji inkişaf departamentinin Data analitika şöbəsinə böyük məsləhətçi vəzifəsi üzrə vakansiya elan edir.
İş yeri: Bakı şəhəri, N.Nərimanov 206A, "Capital Towers" Biznes Mərkəzi
Əməkhaqqı: Rəqabətədavamlı əməkhaqqı
Tələb olunan bilik, təcrübə və bacarıqlar:
- Ali təhsil (texniki ixtisaslar üzrə)
- Sahə üzrə 3 il iş təcrübəsi
- MS Office proqramlarında sərbəst işləmək bacarığı
- SQL, Python, R üzrə biliklərin olması arzuolunandır
- Dil bilikləri: İngilis dili - yaxşı səviyyədə
Bacarıqlara dair tələblər:
- Analitik düşünmə qabiliyyəti
- Problemi təhlil etmə bacarığı
- Komandada işləmə bacarığı
- Nəticəyönümlülük
- Ünsiyyət qabiliyyəti
- Stressə davamlılıq
- Təqdimat bacarığı
- Məsuliyyətlilik
- Dəqiqlik İntizamlılıq.
İşin təsviri
- Böyük həcmli məlumatların təmizlənməsi, vizuallaşdırılması və təhlili ilə bağlı bütün mərhələlərin idarə edilməsi;
- Statistik və analitik hesabatların hazırlanması;
- Hazırlanmış hesabatların dəyərləndirilməsi və inkişafı istiqamətində təkliflərin verilməsi;
- Yeni fərziyyələrin formalaşdırılması və riyazi üsullar ilə onların yoxlanması;
- Qurumun müxtəlif biznes funksiyaları ilə tələblərə uyğun sıx əməkdaşlıq edilməsi;
- Toplanan məlumatların keyfiyyətinin artırılması istiqamətində təkliflərin verilməsi;
- Səlahiyyətləri çərçivəsində vətəndaşlardan, hüquqi şəxslərdən, idarə və təşkilatlardan daxil olan müraciətlərin araşdırılması və aidiyyəti üzrə cavablandırılması;
- Texniki və funksional arayışların hazırlanması;
- Hazırlanan hesabatların və təhlillərin təqdimatının edilməsi.
Əlavə qeydlər:
- İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi
- İş vaxtı: 09:00 – 18:00
Müraciət etmə qaydaları:
Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmələri xahiş olunur:
- CV Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməlidir
- Mövzu sətrində “Data analitika şöbəsi - böyük məsləhətçi” qeyd olunmalıdır
Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlərlə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsahibəyə dəvət olunacaqlar.