Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi
  • 692

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi

Здравоохранение , Government

Tibb müəssisələrində təlimlərin idarəolunması şöbəsi - baş məsləhətçi

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Tibb müəssisələrində təlimlərin idarəolunması şöbəsi - baş məsləhətçi

  • Истекает 4 октябрь 2025
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Təlim və tədqiqatlar departamentinin Tibb müəssisələrində təlimlərin idarəolunması şöbəsinə baş məsləhətçi vəzifəsi üzrə vakansiya elan edir.

İş yeri: Bakı şəhəri, N.Nərimanov 206A, "Capital Towers" Biznes Mərkəzi

Əməkhaqqı: Rəqabətədavamlı əməkhaqqı

Tələb olunan bilik, təcrübə və bacarıqlar:

  • Ali tibbi təhsil
  • Sahə üzrə minimum 4 il iş təcrübəsi
  • Kompüter bilikləri: Microsoft Office – sərbəst
  • Dil bilikləri: İngilis dili – sərbəst;

Şəxsi keyfiyyət və bacarıqlara dair tələblər: 

  • İdarəetmə
  • Komandada işləmə bacarığı
  • Vaxtın idarə olunması
  • Mentorluq
  • Problem həll etmə
  • Qərar vermə
  • Planlama və təşkiletmə
  • Aktiv dinləmə bacarığı

İşin təsviri:

  • Təlim və inkişaf ehtiyaclarının araşdırmaq və işçilər üçün fərdi inkişaf planı hazırlamaq
  • Əməkdaşlıq üçün müraciət etmiş kənar təlim təşkilatları ilə zərurət yarandığı halda xidməti danışıqlar aparmaq
  • Təlim layihələri və proqramları tərtib edilərkən bütün təşkilati işlərin qaydasında olmasına nəzarət etmək
  • Təlimçi bazasının formalaşdırılmasında iştirak etmək
  • Plandan kənar təlimə göndərilmə ilə bağlı müraciətləri araşdırmaq və təşkil etmək
  • Təlim mərkəzlərinin rəhbərləri və tibb müəssisələrində təlim koordinatorları üçün mütamadi hazırlıq seminarlarını təşkil etmək
  • Təlim proqramlarının və təlimçilərin effektivliyinin qiymətləndirilməsi, təkmilləşdirilməsi üçün sorğular təşkil etmək
  • Şöbənin fəaliyyəti ilə bağlı olan normativ-hüquqi sənədlərin (prosedur, qayda, metodiki göstəriş və s.) layihəsini tərtib etmək
  • Şöbənin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı ölkədaxili və ölkəxarici araşdırmalar apararaq təkliflər vermək
  • Şöbənin fəaliyyəti ilə bağlı hesabatlar hazırlamaq
  • İstedadların inkişaf etdirilməsi və idarə olunması üçün ehtiyacları müəyyən etmək

Əlavə qeydlər:

  • İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi;
  • İş vaxtı: 09:00 – 18:00.

Müraciət qaydası:

Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmələri xahiş olunur:

  • CV Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməlidir
  • Mövzu sətrində Tibb müəssisələrində təlimlərin idarəolunması şöbəsi - baş məsləhətçiqeyd olunmalıdır

Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlərlə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsahibəyə dəvət olunacaqlar.

Diqqət: IT təhlükəsizliyi səbəbilə *yandex.ru, *mail.ru, *list.ru, *inbox.ru, *bk.ru, *yahoo.com. domenlərindən e-məktub qəbul edilmədiyini nəzərə alaraq, müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərməyiniz xahiş olunur.

  • Daily127
  • Weekly127
  • Monthly2018