Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Təlim və tədqiqatlar departamentinin Tibb müəssisələrində təlimlərin idarəolunması şöbəsinə baş məsləhətçi vəzifəsi üzrə vakansiya elan edir.
İş yeri: Bakı şəhəri, N.Nərimanov 206A, "Capital Towers" Biznes Mərkəzi
Əməkhaqqı: Rəqabətədavamlı əməkhaqqı
Tələb olunan bilik, təcrübə və bacarıqlar:
- Ali tibbi təhsil
- Sahə üzrə minimum 4 il iş təcrübəsi
- Kompüter bilikləri: Microsoft Office – sərbəst
- Dil bilikləri: İngilis dili – sərbəst;
Şəxsi keyfiyyət və bacarıqlara dair tələblər:
- İdarəetmə
- Komandada işləmə bacarığı
- Vaxtın idarə olunması
- Mentorluq
- Problem həll etmə
- Qərar vermə
- Planlama və təşkiletmə
- Aktiv dinləmə bacarığı
İşin təsviri:
- Təlim və inkişaf ehtiyaclarının araşdırmaq və işçilər üçün fərdi inkişaf planı hazırlamaq
- Əməkdaşlıq üçün müraciət etmiş kənar təlim təşkilatları ilə zərurət yarandığı halda xidməti danışıqlar aparmaq
- Təlim layihələri və proqramları tərtib edilərkən bütün təşkilati işlərin qaydasında olmasına nəzarət etmək
- Təlimçi bazasının formalaşdırılmasında iştirak etmək
- Plandan kənar təlimə göndərilmə ilə bağlı müraciətləri araşdırmaq və təşkil etmək
- Təlim mərkəzlərinin rəhbərləri və tibb müəssisələrində təlim koordinatorları üçün mütamadi hazırlıq seminarlarını təşkil etmək
- Təlim proqramlarının və təlimçilərin effektivliyinin qiymətləndirilməsi, təkmilləşdirilməsi üçün sorğular təşkil etmək
- Şöbənin fəaliyyəti ilə bağlı olan normativ-hüquqi sənədlərin (prosedur, qayda, metodiki göstəriş və s.) layihəsini tərtib etmək
- Şöbənin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı ölkədaxili və ölkəxarici araşdırmalar apararaq təkliflər vermək
- Şöbənin fəaliyyəti ilə bağlı hesabatlar hazırlamaq
- İstedadların inkişaf etdirilməsi və idarə olunması üçün ehtiyacları müəyyən etmək
Əlavə qeydlər:
- İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi;
- İş vaxtı: 09:00 – 18:00.
Müraciət qaydası:
Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmələri xahiş olunur:
- CV Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməlidir
- Mövzu sətrində “Tibb müəssisələrində təlimlərin idarəolunması şöbəsi - baş məsləhətçi” qeyd olunmalıdır
Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlərlə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsahibəyə dəvət olunacaqlar.
Diqqət: IT təhlükəsizliyi səbəbilə *yandex.ru, *mail.ru, *list.ru, *inbox.ru, *bk.ru, *yahoo.com. domenlərindən e-məktub qəbul edilmədiyini nəzərə alaraq, müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərməyiniz xahiş olunur.