Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi
  • 508

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi

Healthcare , Government

Vətəndaş müraciətləri şöbəsinə Aparıcı məsləhətçi

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vətəndaş müraciətləri şöbəsinə Aparıcı məsləhətçi

  • Deadline 16 July 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş yeri: 

  • Bakı şəhəri, N.Nərimanov 206A, "Capital Towers" Biznes Mərkəzi

Əmək haqqı:

  • Rəqabətədavamlı əmək haqqı

Tələb olunan bilik, təcrübə və bacarıqlar:

  • Ali tibbi təhsil
  • Sahə üzrə minimum 3 il iş təcrübəsi
  • Vətəndaş müraciətləri haqqında qanun
  • Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat
  • Dil bilikləri: İngilis dili - yaxşı səviyyədə
  • Kompüter bilikləri: Microsoft Office – sərbəst işləmək bacarığı

Bacarıqlara dair tələblər:

  • Komandada işləmə bacarığı
  • Məsuliyyətlilik
  • İntizamlılıq
  • Dəqiqlik
  • Nəticəyönümlülük

İşin təsviri:

  • Şöbənin fəaliyyət istiqamətinə uyğun olan sorğuların araşdırılması və cavablandırılması;
  • Tibb müəssisələrinin vətəndaş müraciətləri üzrə məsul şəxslərinin fəaliyyət istiqamətinə uyğun təlimatlandırılması;
  • İş xüsusiyyətindən asılı olaraq digər şöbə və strukturlarla koordinasiyanın təmin edilməsi;
  • Daxil olan müraciətlərin, şikayətlərin aradan qaldırılmasının təmin edilməsi;
  • Vətəndaş müraciətləri üzrə qanunvericilik və daxili normativ aktların tətbiqinin təmin edilməsi;
  • Vətəndaş müraciətləri ilə bağlı proseslərin təkmilləşdirilməsi;
  • Şöbənin ümumi fəaliyyətində gördüyü işlər barədə dövrü hesabatların hazırlanması.

Əlavə qeydlər:

  • İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi
  • İş vaxtı: 09:00 – 18:00

Müraciət etmə qaydaları:

Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmələri xahiş olunur:

  • CV Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməlidir;
  • Mövzu sətrində Vətəndaş müraciətləri şöbəsi - Aparıcı məsləhətçiqeyd olunmalıdır;

Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlərlə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsahibəyə dəvət olunacaqlar.

  • Daily31
  • Weekly670
  • Monthly550