İş barədə məlumat:
- Əmək Qanunvericiliyinə əsasən əmək müqavilələrinin, əmək müqavilələrinə əlavə və dəyişikliklərin, işə qəbul, xitam, məzuniyyət, ezamiyyət və s. rəsmiləşdirilməsi və müvafiq əmrlərin hazırlanması
- Əmək və Məşğulluq altsistemində işləmək bacarığı
- Əmək haqqı, məzuniyyət haqqı , son haqq-hesab, əmək qabiliyyəti olmamasına görə müavinətin hesablanması
- Hesablaşma-tədiyyə cədvəllərinin, iş günlərini əks etdirən tabellərin və ştat cədvəllərinin hazırlanması
Namizədə tələblər:
- Ali təhsilli olmalı (riyazi və ya iqtisadi sahə üzrə bitirənlərə üstünlük veriləcəkdir)
- MS Office və 1C (8.2 və ya 8.3) proqramlarında işləmək bacarığı
- Müvafiq sahədə ən azı 3 il iş təcrübəsi
- Əmək Məcəlləsini bilməli
- Ünsiyyət qura bilmə bacarığı
Maraqlanan şəxslər CV-lərini Müraciət et butonunda qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Yalnız tələblərə cavab verən namizədlərin CV göndərmələri xahiş olunur.