T Tikinti şirkəti
  • 127

Tikinti şirkəti

Elektrik (Tikinti sahəsi)

Elektrik (Tikinti sahəsi)

  • Deadline 17 Mart 2026

İş şəraiti:

  • İş yeri: Bakı şəhəri
  • İş qrafiki: 6 günlük iş həftəsi
  • Əmək haqqı: 1200 AZN

Vəzifə öhdəlikləri:

  • Tikinti sahəsində elektrik xətlərinin, elektrik avadanlıqlarının və qurğularının quraşdırılmasını, qoşulmasını və sazlanmasını həyata keçirmək;
  • 1000V-a qədər olan elektrik qurğularında təhlükəsiz və müstəqil şəkildə elektrik işlərini yerinə yetirmək;
  • Elektrik panellərinin, paylayıcı qurğuların, kabel xətlərinin və elektrik şəbəkələrinin montajını və texniki xidmətini təmin etmək;
  • Elektrik avadanlıqlarının texniki vəziyyətinə nəzarət etmək, nasazlıqları aşkar etmək və aradan qaldırmaq;
  • Elektrik təhlükəsizliyi qaydalarına, texniki istismar normalarına və əməyin mühafizəsi tələblərinə ciddi riayət etmək;
  • Müvəqqəti elektrik təchizatı sistemlərinin tikinti sahəsində düzgün quraşdırılmasını və təhlükəsiz istismarını təmin etmək;
  • Elektrik sxemlərinə uyğun olaraq kabel çəkilişini və qoşulmaları icra etmək;
  • Elektrik avadanlıqlarının planlı profilaktik baxışını və texniki xidmətini həyata keçirmək;
  • Elektrik işləri ilə bağlı sənədləşmə və hesabatların aparılmasında iştirak etmək;
  • Rəhbərlik tərəfindən verilən tapşırıqları elektrik təhlükəsizliyi qaydalarına uyğun şəkildə yerinə yetirmək.

Tələblər:

  • Elektrik sahəsi üzrə peşə təhsili və ya müvafiq sertifikat;
  • Elektrik təhlükəsizliyi üzrə Dərəcə Sertifikatı minimum 3-cü qrup sertifikatı (1000V-a qədər);
  • Tikinti sahəsində elektrik üzrə minimum 1–3 il iş təcrübəsi;
  • Elektrik sxemlərini oxuma bacarığı;
  • Elektrik təhlükəsizliyi qaydalarını bilmək;
  • Məsuliyyətli, diqqətli və komandada işləmək bacarığı.

Maraqlanan namizədlər Müraciət Et düyməsində göstərilən formu dolduraraq müraciətlərini göndərə bilərlər.

  • Daily36
  • Weekly278
  • Monthly1574