İş şəraiti:
- İş yeri: Bakı şəhəri
- İş qrafiki: 6 günlük iş həftəsi
- Əmək haqqı: 1200 AZN
Vəzifə öhdəlikləri:
- Tikinti sahəsində elektrik xətlərinin, elektrik avadanlıqlarının və qurğularının quraşdırılmasını, qoşulmasını və sazlanmasını həyata keçirmək;
- 1000V-a qədər olan elektrik qurğularında təhlükəsiz və müstəqil şəkildə elektrik işlərini yerinə yetirmək;
- Elektrik panellərinin, paylayıcı qurğuların, kabel xətlərinin və elektrik şəbəkələrinin montajını və texniki xidmətini təmin etmək;
- Elektrik avadanlıqlarının texniki vəziyyətinə nəzarət etmək, nasazlıqları aşkar etmək və aradan qaldırmaq;
- Elektrik təhlükəsizliyi qaydalarına, texniki istismar normalarına və əməyin mühafizəsi tələblərinə ciddi riayət etmək;
- Müvəqqəti elektrik təchizatı sistemlərinin tikinti sahəsində düzgün quraşdırılmasını və təhlükəsiz istismarını təmin etmək;
- Elektrik sxemlərinə uyğun olaraq kabel çəkilişini və qoşulmaları icra etmək;
- Elektrik avadanlıqlarının planlı profilaktik baxışını və texniki xidmətini həyata keçirmək;
- Elektrik işləri ilə bağlı sənədləşmə və hesabatların aparılmasında iştirak etmək;
- Rəhbərlik tərəfindən verilən tapşırıqları elektrik təhlükəsizliyi qaydalarına uyğun şəkildə yerinə yetirmək.
Tələblər:
- Elektrik sahəsi üzrə peşə təhsili və ya müvafiq sertifikat;
- Elektrik təhlükəsizliyi üzrə Dərəcə Sertifikatı minimum 3-cü qrup sertifikatı (1000V-a qədər);
- Tikinti sahəsində elektrik üzrə minimum 1–3 il iş təcrübəsi;
- Elektrik sxemlərini oxuma bacarığı;
- Elektrik təhlükəsizliyi qaydalarını bilmək;
- Məsuliyyətli, diqqətli və komandada işləmək bacarığı.
Maraqlanan namizədlər Müraciət Et düyməsində göstərilən formu dolduraraq müraciətlərini göndərə bilərlər.