Şirkətimiz istehsalat sahəsində fəaliyyət göstərən, məsuliyyətli və peşəkar Aparıcı mühasib axtarır.
Vəzifə öhdəlikləri:
- Mikro proqramında mühasibat uçotunun qurulması və idarə edilməsi
- Satınalma sifarişindən satışın reallaşmasına qədər olan bütün proseslərin təşkili və nəzarəti
- Anbar uçotunun təşkili və nəzarəti
- Mal-material üzrə mühasiblərlə mütəmadi üzləşmələrin aparılması
- Debitor borcların izlənməsi və idarə olunması
- Avans qaimələrinin hazırlanması və nəzarəti
- Qiymət razılaşma protokollarının hazırlanması
- Müqavilələrin tərtib edilməsi və yoxlanılması
- Rəsmi maliyyə və vergi hesabatlarının hazırlanması və təqdim edilməsi
Tələblər:
- Mühasibatlıq üzrə müvafiq iş təcrübəsi (istehsalat sahəsində təcrübə üstünlükdür)
- Mikro proqramında sərbəst işləmə bacarığı
- Mühasibat uçotu və vergi qanunvericiliyini yaxşı səviyyədə bilmək
- Analitik düşünmə və operativ qərarvermə bacarığı
- Komanda ilə işləmə və ünsiyyət bacarıqları
İş şəraiti
- Əmək haqqı: 1300 – 1500 AZN
- İş qrafiki: 5/2
- İş saatı; 08.30/ 17.30
- Nahar, servis, mobil nömrə şirkət hesabına təmin olunur.
Uyğun namizədlər cv-ni Aparıcı mühasib başlığı altında Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.