Titan Group sənaye soyutma sistemləri, sendviç panellər, iri həcmli mətbəx avadanlıqlarının istehsalı və quraşdırılması sahəsində fəaliyyət göstərə şirkətdir. Hazırda şirkət strukturlaşma və inkişaf mərhələsindədir. İnsan resursları sisteminin gücləndirilməsi və performans əsaslı idarəetmə modelinin tətbiqi məqsədilə təcrübəli HR Manager axtarılır.
Vəzifə öhdəlikləri
- Şirkətin HR strategiyasının hazırlanması və tətbiqi
- Təşkilati strukturun optimallaşdırılması və vəzifə təlimatlarının hazırlanması
- İşə qəbul prosesinin tam idarə olunması (vakansiya, müsahibə, seçim, onboarding)
- KPI və performans qiymətləndirmə sisteminin qurulması və tətbiqi
- Bonus və motivasiya mexanizmlərinin hazırlanması
- Əmək müqavilələrinin və şəxsi işlərin qanunvericiliyə uyğun aparılması
- Ştat cədvəlinin və əmək haqqı fondunun nəzarətdə saxlanılması
- Təlim və inkişaf planlarının hazırlanması
- HR hesabatlarının hazırlanması
- Korporativ mədəniyyətin formalaşdırılması və intizam qaydalarına nəzarət
Namizədə tələblər
- HR sahəsində minimum 3 il iş təcrübəsi
- İstehsal və ya iri şirkətdə iş təcrübəsi üstünlükdür
- Əmək qanunvericiliyini yaxşı bilməli
- Performans və KPI sistemləri ilə işləmə təcrübəsi
- Analitik düşüncə və hesabat bacarığı
- MS Office proqramlarını yüksək səviyyədə bilməli
- ERP və ya HRM sistemləri ilə işləmə təcrübəsi üstünlükdür
- Liderlik və komanda idarəetmə bacarığı
- Azərbaycan dili sərbəst, rus və ya ingilis dili biliyi üstünlükdür
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.