Əsas vəzifələr:
- Şirkətin marketinq və satış strategiyalarının hazırlanması və həyata keçirilməsində iştirak etmək;
- Satışların artırılması məqsədilə marketinq layihələri və kampaniyalar hazırlamaq;
- Bazar, müştəri tələbatı və rəqiblər üzrə araşdırmalar aparmaq;
- Yeni müştəri və bazar seqmentlərini müəyyənləşdirmək;
- Şirkətin məhsul və xidmətlərinin bazarda tanıdılması və mövqeləndirilməsi üzrə fəaliyyət göstərmək;
- Rəqəmsal marketinq və sosial media kanalları üzrə satışyönümlü fəaliyyətlərin təşkilində iştirak etmək;
- Reklam və tanıtım kampaniyalarının effektivliyini analiz etmək;
- Potensial müştərilərin cəlb olunması üçün yeni marketinq alətləri və satış kanalları araşdırmaq;
- Müştəri davranışlarını və bazar trendlərini təhlil etmək;
- Marketinq fəaliyyətlərinin satış nəticələrinə təsirini ölçmək və hesabatlar hazırlamaq;
- Satış və marketinq komandası ilə koordinasiyalı işləmək;
- Şirkətin brendinin və bazardakı tanınmışlığının artırılması istiqamətində təkliflər vermək.
Namizədə tələblər:
- Ali təhsil — Marketinq, Biznesin idarə edilməsi, İqtisadiyyat və ya əlaqəli sahələr;
- Marketinq və ya satış sahəsində 2–3 il iş təcrübəsi;
- Marketinq strategiyalarının hazırlanması və tətbiqi üzrə anlayış;
- Bazar və rəqib analizlərini aparmaq bacarığı;
- Rəqəmsal marketinq və sosial media alətləri üzrə bilik;
- Satışyönümlü marketinq yanaşmasına sahib olmaq;
- Analitik düşüncə və məlumatlarla işləmək bacarığı;
- Yaradıcı və təşəbbüskar olmaq;
- Güclü kommunikasiya və təqdimat bacarığı;
- MS Office proqramlarını yaxşı səviyyədə bilmək;
- Nəticəyönümlü və məsuliyyətli olmaq.
- Dil bili arzu olunandı
İş şəraiti:
- İş yeri: Suraxanı rayonu, Binə qəsəbəsi
- İş qrafiki: 5 günlük, 08:30–17:30
- Nahar şirkət tərəfindən təmin olunur
- Servis şirkət tərəfindən təmin olunur
- Əmək haqqı: müsahibə əsasında
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.