“Tornado-Ş” QSC tərəfindən mühafizəçi vəzifəsi üzrə bəy və xanım namizədlərin qəbulu elan olunur.
İş şəraiti
- İş yerləri: Bakı şəhəri, Sumqayıt şəhəri, Xaçmaz, Xızı, Quba və Qusar rayonları
- Əmək haqqı: 500 – 800 AZN
- İş rejimi: 6 günlük iş qrafiki
- 12 saatlıq gündüz/gecə növbəsi
Tələblər:
- Yaş: 20 – 50
- Boy: minimum 1.70 sm
- Təhsil: orta
- Azərbaycan dilində səlis ünsiyyət bacarığı
- Hərbi xidmətdən keçmiş olmalı
- Məhkumluğu olmamalı
- Diqqətli, nizam-intizamlı və məsuliyyətli olmalı
- Komandada işləmək bacarığı
Vəzifə öhdəlikləri:
- Ərazidə təhlükəsizliyin təmin olunması
- Buraxılış-nəzarət sisteminin icrası
- Əraziyə daxil olan və çıxan nəqliyyat vasitələrinin qeydiyyatının aparılması
- Obyektin və avadanlıqların mühafizəsinin təmin edilməsi
- Şübhəli halların vaxtında aşkarlanaraq rəhbərliyə məruzə olunması
- Təhlükəsizlik qaydalarına və daxili intizam tələblərinə riayət edilməsi
- Fövqəladə hallara operativ reaksiya verilməsi
Biz nə təklif edirik?
- Stabil iş yeri
- Əmək haqqının vaxtında ödənilməsi
- Peşəkar kollektivdə çalışma və təcrübə qazanmaq imkanı
- Karyera inkişaf perspektivləri
Tələblərə uyğun namizədlər aşağıdakı nömrə ilə əlaqə saxlaya bilərlər: 010-253-89-97