Total Express Logistics and Broker Services MMC Total Express Logistics and Broker Services MMC
  • 390

Total Express Logistics and Broker Services MMC

Logistika

Logistika biznes əməliyyat meneceri

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Logistika biznes əməliyyat meneceri

  • Истекает 22 февраль 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Vəzifənin məqsədi

Şirkətdə satış və əməliyyat (operation) proseslərinin standartlara uyğun, effektiv və səhvsiz icrasına nəzarət etmək, sorğudan daşınmanın tamamlanmasına qədər olan bütün mərhələlərdə keyfiyyəti və şəffaflığı təmin etmək.

Əsas vəzifələr

Sorğu və təkliflərə nəzarət

  • Gələn bütün müştəri sorğularının düzgün və tam şəkildə qeydə alınmasına nəzarət

Operation tərəfindən alınan qiymətlərin:

  • düzgün agentlərdən alınmasını
  • alternativ qiymətlərin yoxlanmasını
  • marja və risklərin analizini

Müştəriyə göndərilən təkliflərin:

  • professional formatda
  • aydın şərtlərlə
  • əlavə xərclər və risklər göstərilməklə hazırlanmasına nəzarət

Satış prosesinin idarə olunması

  • Satış mərhələlərinin izlənməsi (sorğu → təklif → follow-up → nəticə)

Satış əməkdaşlarının:

  • müştərilərlə vaxtında əlaqə saxlamasına
  • follow-up etməsinə
  • itirilmiş sorğuların səbəblərini qeyd etməsinə nəzarət

Operation prosesinə nəzarət

  • Təsdiqlənmiş yüklərdə agent seçiminin düzgünlüyü

Daşınma zamanı:

  • gecikmələrin
  • əlavə xərclərin
  • problemli halların səbəblərinin analizi

Operation əməkdaşlarının proseslərə uyğun işləməsinin təmin edilməsi

Raporlama və analiz

Həftəlik və aylıq hesabatların hazırlanması:

  • sorğuların sayı
  • verilən təkliflər
  • təsdiqlənmiş yüklər
  • orta marja
  • itirilmiş işlərin səbəbləri

Raporların rəhbərliyə qısa və anlaşılan formada təqdim edilməsi

Proseslərin təkmilləşdirilməsi

  • İş axınlarında zəif nöqtələrin aşkar edilməsi
  • Standart əməliyyat prosedurlarının (SOP) hazırlanması və tətbiqi
  • Yeni əməkdaşların proseslərə adaptasiyasına dəstək

Namizədə tələblər

  • Beynəlxalq Logistika sektorunda minimum 3 il iş təcrübəsi
  • Proses, risk və maliyyə düşüncəsi
  • Analitik düşünmə və problem həll etmə bacarığı
  • Detallara diqqət və sistemli yanaşma
  • Azərbaycan dili – əla, rus və ya ingilis dili üstünlükdür
  • MS Excel və hesabatlama bacarıqları

Səlahiyyətlər

  • Marja və riskə uyğun olmayan təklifləri geri qaytarmaq
  • Proses pozuntuları üzrə xəbərdarlıq (warning) başlatmaq
  • Riskli işləri birbaşa rəhbərliyə eskalasiya etmək

Biz təklif edirik

  • Rəqabətli əmək haqqı
  • Stabil və inkişaf edən şirkətdə uzunmüddətli iş
  • Real səlahiyyət və qərarlara təsir imkanı

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily3
  • Weekly507
  • Monthly1939