Vəzifənin məqsədi
Şirkətdə satış və əməliyyat (operation) proseslərinin standartlara uyğun, effektiv və səhvsiz icrasına nəzarət etmək, sorğudan daşınmanın tamamlanmasına qədər olan bütün mərhələlərdə keyfiyyəti və şəffaflığı təmin etmək.
Əsas vəzifələr
Sorğu və təkliflərə nəzarət
- Gələn bütün müştəri sorğularının düzgün və tam şəkildə qeydə alınmasına nəzarət
Operation tərəfindən alınan qiymətlərin:
- düzgün agentlərdən alınmasını
- alternativ qiymətlərin yoxlanmasını
- marja və risklərin analizini
Müştəriyə göndərilən təkliflərin:
- professional formatda
- aydın şərtlərlə
- əlavə xərclər və risklər göstərilməklə hazırlanmasına nəzarət
Satış prosesinin idarə olunması
- Satış mərhələlərinin izlənməsi (sorğu → təklif → follow-up → nəticə)
Satış əməkdaşlarının:
- müştərilərlə vaxtında əlaqə saxlamasına
- follow-up etməsinə
- itirilmiş sorğuların səbəblərini qeyd etməsinə nəzarət
Operation prosesinə nəzarət
- Təsdiqlənmiş yüklərdə agent seçiminin düzgünlüyü
Daşınma zamanı:
- gecikmələrin
- əlavə xərclərin
- problemli halların səbəblərinin analizi
Operation əməkdaşlarının proseslərə uyğun işləməsinin təmin edilməsi
Raporlama və analiz
Həftəlik və aylıq hesabatların hazırlanması:
- sorğuların sayı
- verilən təkliflər
- təsdiqlənmiş yüklər
- orta marja
- itirilmiş işlərin səbəbləri
Raporların rəhbərliyə qısa və anlaşılan formada təqdim edilməsi
Proseslərin təkmilləşdirilməsi
- İş axınlarında zəif nöqtələrin aşkar edilməsi
- Standart əməliyyat prosedurlarının (SOP) hazırlanması və tətbiqi
- Yeni əməkdaşların proseslərə adaptasiyasına dəstək
Namizədə tələblər
- Beynəlxalq Logistika sektorunda minimum 3 il iş təcrübəsi
- Proses, risk və maliyyə düşüncəsi
- Analitik düşünmə və problem həll etmə bacarığı
- Detallara diqqət və sistemli yanaşma
- Azərbaycan dili – əla, rus və ya ingilis dili üstünlükdür
- MS Excel və hesabatlama bacarıqları
Səlahiyyətlər
- Marja və riskə uyğun olmayan təklifləri geri qaytarmaq
- Proses pozuntuları üzrə xəbərdarlıq (warning) başlatmaq
- Riskli işləri birbaşa rəhbərliyə eskalasiya etmək
Biz təklif edirik
- Rəqabətli əmək haqqı
- Stabil və inkişaf edən şirkətdə uzunmüddətli iş
- Real səlahiyyət və qərarlara təsir imkanı
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.