Toyota Gəncə Mərkəzi Toyota Gəncə Mərkəzi
  • 936
Toyota Gəncə Mərkəzi

Toyota Gəncə Mərkəzi

Nəqliyyat infrastrukturu

Mühasib

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Mühasib

  • Deadline 18 May 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifəyə dair tələblər:

  • Material ehtiyatlar və əsas vasitələrin hesablanmasını təmin etmək və bunların maliyyə hesabatı üçün hərəkətlərinə dair sənədləri aparmaq; 
  • Faktura və elektron çek-fakturların yoxlanılması; 
  • Əsas vasitələrin, məhsul və materialların inventarizasiyasını həyata keçirmək;
  • E-taxes,E -New-taxes,E-customs.az portallarından istifadə; 
  • E-qaimə fakturaların yazılması, qəbulu və yoxlanılması;
  • Əmlak vergi bəyannamələrinin vergi ÖMV, ƏDV bəyannamələrinin sərbəst şəkildə verilməsi, qanunvericiliyinin tələblərinə uyğun olaraq hazırlanması və vaxtında aidiyyəti quruma göndərilməsi;
  • Bütün mühasibatlıq əməliyyatları üzrə daxili və xarici,mal,iş və xidmətlərin alışı,satışı və silinməsi işlərinin aparılması;
  • Əmək haqqı və əmək haqqına bərabər bütün ödənişlərin hesablanması, ödənilməsi eyni zamanda DSMF və Statistika hesabatlarının aparılması;
  • Alqı-satqı sənədlərinin aparılması (müqavilələr, aktlar, elektron vergi hesab-fakturaları, gömrük bəyannamələri, qaimə-fakturalar, qiymətlərin təsdiqi protokolları);

Namizədə olan tələblər:

  • İqtisadiyyat, mühasibatlıq və ya maliyyə üzrə ali təhsil;
  • Vergi uçotunun vergi qanunvericiliyinə əsasən tətbiqi; 
  • Mühasibatlığa dair cari qanunvericilik (Vergi Məcəlləsi və Mülki Məcəlləsi üzrə) aktlarına dair bilik;  
  • Hesablar planını tam şəkildə bilməsi; 
  • Vergi hesabatları və vergi mühasibatlığı bilməli; 
  • Kompüter bilikəri -Word , Excel -düsturlarla uçotun tətbiqi; 
  • "1C" proqramı ilə işləmə bacarığı (yüksek səviyyədə);
  • Balansın çıxarılması üzrə biliklərə sahib olmalı;
  • Mühasibatlıq sahəsində minium 2 il iş təcrübəsi; 
  • Peşakar mühasibatlıq sertifikatının tələbi; 
  • Yaş həddi 36 yaşa qədər; 
  • Məsuliyyət, dəqiqlik, səliqə, stresə davamlılıq; 
  • Riyazi hesablama, analitik təhlil bacarıqları; 

Digər məlumatlar:

  • İş yeri: Gəncə şəhəri, Gəncə- Şəmkir yolun sağ tərəfi
  • Xanım namizədlərə üstünlük verilir;
  • 6 günlük iş rejimi (bazar ertəsi – şənbə)
  • İş vaxtı: Bazar ertəsi-Cümə: 09:00 – 17:00;  Şənbə: 09:00-15:00

·Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini Müraciət et butonunda qeyd olunan elektron ünvanına göndərə bilərlər.

  • Daily71
  • Weekly192
  • Monthly2793