Hazırda Tredu komandamıza qoşulmaq üçün Əlaqə Mərkəzi üzrə Təcrübəçi vəzifəsinə namizədlər axtarırıq.
İş növü: Tam ştat
Vəzifə öhdəlikləri:
- Daxil olan zəngləri və müraciətləri peşəkar şəkildə cavablandırmaq;
- İstifadəçilərə platforma, xidmətlər və dərnəklər haqqında ilkin məlumat vermək;
- Müştərilərdən daxil olan sorğu və müraciətləri qeydiyyata almaq;
- Müştəri məlumatlarını sistemdə düzgün və dəqiq şəkildə daxil etmək;
- Valideynlər və şagirdlərlə telefon və digər kommunikasiya kanalları vasitəsilə əlaqə saxlamaq;
- Müştəri məmnuniyyətinin təmin olunmasına dəstək göstərmək;
- Komanda üzvlərinin gündəlik fəaliyyətlərinə inzibati dəstək vermək;
- Hesabatların hazırlanmasında və məlumatların toplanmasında iştirak etmək;
Tələblər:
- Ali təhsil alan son kurs tələbəsi və ya yeni məzun;
- Azərbaycan dilində səlis danışıq və yazı bacarığı;
- Rus dili biliyi üstünlük hesab olunur;
- MS Office proqramlarında (Word, Excel, Google Sheets) işləmək bacarığı;
- Güclü ünsiyyət və dinləmə bacarıqları;
- Məsuliyyətli, diqqətli və öyrənməyə açıq olmaq;
- Komandada işləmək bacarığı;
- Problemlərin həlli üzrə inkişaf etmiş bacarıqlar;
- Sürətli iş mühitində çoxsaylı tapşırıqları idarə etmək və vaxtdan səmərəli istifadə etmək bacarığı.
Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər. Zəhmət olmasa, email-in mövzu hissəsində vəzifənin adını qeyd edin.
Müraciətiniz üçün təşəkkür edirik və sizi potensial əməkdaşımız kimi nəzərdən keçirməyi səbirsizliklə gözləyirik.