Müştəri xidmətləri üzrə təcrübəçi

  • Истекает 19 ноябрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Tredu, şagirdlərə məktəblərində dərsdən sonra qoşula biləcəkləri əlavə dərnəklər təqdim edən rəqəmsal platformadır. Bu platforma vasitəsilə şagirdlər və valideynlər tərəfdaşlar tərəfindən təklif olunan ən çox tələb olunan və müasir fəaliyyətləri kəşf edə və tətbiq üzərindən izləyə bilirlər.

Hazırda Tredu komandamıza qoşulmaq üçün Müştəri xidmətləri üzrə təcrübəçi vəzifəsinə namizədlər axtarırıq.

İş növü: Tam ştat

Vəzifə öhdəlikləri:

  • Daxil olan zəngləri və müraciətləri peşəkar şəkildə cavablandırmaq;
  • İstifadəçilərə platforma, xidmətlər və dərnəklər haqqında ilkin məlumat vermək;
  • Müştərilərdən daxil olan sorğu və müraciətləri qeydiyyata almaq;
  • Müştəri məlumatlarını sistemdə düzgün və dəqiq şəkildə daxil etmək;
  • Valideynlər və şagirdlərlə telefon və digər kommunikasiya kanalları vasitəsilə əlaqə saxlamaq;
  • Müştəri məmnuniyyətinin təmin olunmasına dəstək göstərmək;
  • Komanda üzvlərinin gündəlik fəaliyyətlərinə inzibati dəstək vermək;
  • Hesabatların hazırlanmasında və məlumatların toplanmasında iştirak etmək;

Tələblər:

  • Ali təhsil alan son kurs tələbəsi və ya yeni məzun;
  • Azərbaycan dilində səlis danışıq və yazı bacarığı;
  • Rus dili biliyi üstünlük hesab olunur;
  • MS Office proqramlarında (Word, Excel, Google Sheets) işləmək bacarığı;
  • Güclü ünsiyyət və dinləmə bacarıqları;
  • Məsuliyyətli, diqqətli və öyrənməyə açıq olmaq;
  • Komandada işləmək bacarığı;
  • Problemlərin həlli üzrə inkişaf etmiş bacarıqlar;
  • Sürətli iş mühitində çoxsaylı tapşırıqları idarə etmək və vaxtdan səmərəli istifadə etmək bacarığı.

Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər. Zəhmət olmasa, email-in mövzu hissəsində vəzifənin adını qeyd edin.

Müraciətiniz üçün təşəkkür edirik və sizi potensial əməkdaşımız kimi nəzərdən keçirməyi səbirsizliklə gözləyirik.

  • Daily132
  • Weekly132
  • Monthly1556