Hazırda Tredu komandamıza qoşulmaq üçün Telesatış üzrə mütəxəssis vəzifəsinə namizədlər axtarırıq.
İş növü: Tam ştat
Vəzifə öhdəlikləri:
- Daxil olan zəngləri cavablandırmaq və potensial müştərilərlə outbound zənglər həyata keçirərək məhsul və xidmətlərin təqdimatını və satışını həyata keçirmək;
- Müştəri ehtiyaclarını müəyyən edərək uyğun həllər təklif etmək;
- Müştəri ilə əlaqə və satış məlumatlarını dəqiq şəkildə qeyd etmək;
- Tredu-nun xidmətləri, platforma imkanları və dərnəklər haqqında məlumatı aydın və effektiv şəkildə istifadəçilərə çatdırmaq;
- Müştəri müraciətləri, problemləri və rəyləri CRM sistemində düzgün şəkildə sənədləşdirmək;
- Məhsul yenilikləri, kampaniyalar və şirkət siyasətləri barədə məlumatlı olmaq;
- Xidmət keyfiyyətinin artırılması üçün komanda üzvləri ilə əməkdaşlıq etmək;
- Günlük və aylıq satış planlarını yerinə yetirmək.
Tələblər:
- Bakalavr dərəcəsi;
- Telesales, satış və ya müştəri xidmətləri sahəsində əvvəlki təcrübə arzuolunandır;
- Azərbaycan dilində yüksək səviyyədə şifahi və yazılı ünsiyyət bacarığı; rus dili biliyi üstünlükdür;
- MS Office proqramlarında (Word, Google Sheets) işləmək bacarığı;
- İnandırma və razı salma bacarığı;
- Səlis və aydın danışıq tərzi;
- Məlumatı aydın və effektiv şəkildə çatdırmaq üçün güclü ünsiyyət bacarıqları;
- Problemlərin həlli üzrə inkişaf etmiş bacarıqlar;
- Sürətli iş mühitində çoxsaylı tapşırıqları idarə etmək və vaxtdan səmərəli istifadə etmək bacarığı.
Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər. Zəhmət olmasa, email-in mövzu hissəsində vəzifənin adını qeyd edin.
Müraciətiniz üçün təşəkkür edirik və sizi potensial əməkdaşımız kimi nəzərdən keçirməyi səbirsizliklə gözləyirik.