Tredu Tredu
  • 151

Tredu

Təhsil

Telesatış üzrə mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Telesatış üzrə mütəxəssis

  • Deadline 14 May 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Hazırda Tredu komandamıza qoşulmaq üçün Telesatış üzrə mütəxəssis vəzifəsinə namizədlər axtarırıq.

İş növü: Tam ştat

Vəzifə öhdəlikləri:

  • Daxil olan zəngləri cavablandırmaq və potensial müştərilərlə outbound zənglər həyata keçirərək məhsul və xidmətlərin təqdimatını və satışını həyata keçirmək;
  • Müştəri ehtiyaclarını müəyyən edərək uyğun həllər təklif etmək;
  • Müştəri ilə əlaqə və satış məlumatlarını dəqiq şəkildə qeyd etmək;
  • Tredu-nun xidmətləri, platforma imkanları və dərnəklər haqqında məlumatı aydın və effektiv şəkildə istifadəçilərə çatdırmaq;
  • Müştəri müraciətləri, problemləri və rəyləri CRM sistemində düzgün şəkildə sənədləşdirmək;
  • Məhsul yenilikləri, kampaniyalar və şirkət siyasətləri barədə məlumatlı olmaq;
  • Xidmət keyfiyyətinin artırılması üçün komanda üzvləri ilə əməkdaşlıq etmək;
  • Günlük və aylıq satış planlarını yerinə yetirmək.

Tələblər:

  • Bakalavr dərəcəsi;
  • Telesales, satış və ya müştəri xidmətləri sahəsində əvvəlki təcrübə arzuolunandır;
  • Azərbaycan dilində yüksək səviyyədə şifahi və yazılı ünsiyyət bacarığı; rus dili biliyi üstünlükdür;
  • MS Office proqramlarında (Word, Google Sheets) işləmək bacarığı;
  • İnandırma və razı salma bacarığı;
  • Səlis və aydın danışıq tərzi;
  • Məlumatı aydın və effektiv şəkildə çatdırmaq üçün güclü ünsiyyət bacarıqları;
  • Problemlərin həlli üzrə inkişaf etmiş bacarıqlar;
  • Sürətli iş mühitində çoxsaylı tapşırıqları idarə etmək və vaxtdan səmərəli istifadə etmək bacarığı.

Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər. Zəhmət olmasa, email-in mövzu hissəsində vəzifənin adını qeyd edin.

Müraciətiniz üçün təşəkkür edirik və sizi potensial əməkdaşımız kimi nəzərdən keçirməyi səbirsizliklə gözləyirik.

  • Daily0
  • Weekly433
  • Monthly0