Namizədə tələblər:
- Enerjili, pozitiv, nəticəyönümlü, iş keyfiyyətini itirmədən sürətli şəkildə müxtəlif tapşırıqlar arasında keçid edə bilən, fərqli insanlarla ünsiyyət qurmağa hazır olan.
- Azərbaycan, rus və ingilis dillərini mükəmməl bilməlidir.
- Marketinq və ya media sahəsində iş təcrübəsi və bacarıqları vacibdir.
- Fikirlərini aydın və əlçatan şəkildə ifadə edə bilməli, mövqeyini konkret şəkildə müdafiə etməyi bilməlidir, sistemli düşünmə qabiliyyətinə sahib olmalıdır.
- Kommunikasiya sahəsində böhran vəziyyətlərini idarə etmək bacarığı vacibdir. Layihə koordinatoruna tabedir.
- Ali təhsil tələb olunur (jurnalistika, marketinq, politologiya, sosiologiya).
- Yaş: 28–33.
Layihələr üzrə əsas vəzifələr:
- Hədəf auditoriyasının analizi və mütəmadi araşdırılması, müxtəlif kommunikasiya konsepsiyalarının hazırlanması, PR planlarının, media planlarının və zərurət olduqda brendinq planlarının hazırlanması.
- Mənaların, memlərin və vizualların yaradılmasında iştirak edən kopirayterlər, SMM menecerləri və digər mütəxəssislərlə sıx əməkdaşlıq.
- Hədəf auditoriyası və cəmiyyət daxilində marka, təşkilat və ya qurumun tanıdılması və mövqeləndirilməsi üçün lazım olan ideya, məna və vizualların seçilməsi.
- Böhran (fors-major, fövqəladə hal) kommunikasiya hallarının analizi, markanın, məhsulun və ya qurumun ətrafında yaranan neqativ dalğaların qarşısını almaq və neytrallaşdırmaq üçün əsas faktorların müəyyən edilməsi və taktikaların hazırlanması.
- Markaya dair və onun rəsmi hesablarında yaradılan kontentin keyfiyyətinin qiymətləndirilməsi, risklərin təhlili, böhran vəziyyətlərinin idarəsi üçün şablon və ssenarilərinin hazırlanması.
- Kommunikasiya mahiyyətindən irəli gələn digər vəzifələrin yerinə yetirilməsi.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.