Trend News Agency Trend News Agency
  • 460

Trend News Agency

Media

Tədqiqat Mərkəzində Kommunikasiya üzrə Mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Tədqiqat Mərkəzində Kommunikasiya üzrə Mütəxəssis

  • Deadline 15 İyun 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Namizədə tələblər:

  • Enerjili, pozitiv, nəticəyönümlü, iş keyfiyyətini itirmədən sürətli şəkildə müxtəlif tapşırıqlar arasında keçid edə bilən, fərqli insanlarla ünsiyyət qurmağa hazır olan.
  • Azərbaycan, rus və ingilis dillərini mükəmməl bilməlidir.
  • Marketinq və ya media sahəsində iş təcrübəsi və bacarıqları vacibdir.
  • Fikirlərini aydın və əlçatan şəkildə ifadə edə bilməli, mövqeyini konkret şəkildə müdafiə etməyi bilməlidir, sistemli düşünmə qabiliyyətinə sahib olmalıdır.
  • Kommunikasiya sahəsində böhran vəziyyətlərini idarə etmək bacarığı vacibdir. Layihə koordinatoruna tabedir.
  • Ali təhsil tələb olunur (jurnalistika, marketinq, politologiya, sosiologiya).
  • Yaş: 28–33.

Layihələr üzrə əsas vəzifələr:

  • Hədəf auditoriyasının analizi və mütəmadi araşdırılması, müxtəlif kommunikasiya konsepsiyalarının hazırlanması, PR planlarının, media planlarının və zərurət olduqda brendinq planlarının hazırlanması.
  • Mənaların, memlərin və vizualların yaradılmasında iştirak edən kopirayterlər, SMM menecerləri və digər mütəxəssislərlə sıx əməkdaşlıq.
  • Hədəf auditoriyası və cəmiyyət daxilində marka, təşkilat və ya qurumun tanıdılması və mövqeləndirilməsi üçün lazım olan ideya, məna və vizualların seçilməsi.
  • Böhran (fors-major, fövqəladə hal) kommunikasiya hallarının analizi, markanın, məhsulun və ya qurumun ətrafında yaranan neqativ dalğaların qarşısını almaq və neytrallaşdırmaq üçün əsas faktorların müəyyən edilməsi və taktikaların hazırlanması.
  • Markaya dair və onun rəsmi hesablarında yaradılan kontentin keyfiyyətinin qiymətləndirilməsi, risklərin təhlili, böhran vəziyyətlərinin idarəsi üçün şablon və ssenarilərinin hazırlanması.
  • Kommunikasiya mahiyyətindən irəli gələn digər vəzifələrin yerinə yetirilməsi.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily133
  • Weekly133
  • Monthly1671