Intern / Junior Account Manager

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Intern / Junior Account Manager

  • Deadline 14 Avqust 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş şəraiti

  • İş yeri: Müasir ofis – Sabah Residence Kompleksi, Bakı şəhəri, Səbail rayonu
  • Əmək haqqı: Müsahibə zamanı müəyyən ediləcək
  • Məşğulluq növü: Tam ştat

Vəzifə Öhdəlikləri:

  • Müştərilərlə gündəlik kommunikasiya prosesinə dəstək göstərmək və sorğuların operativ cavablandırılmasına kömək etmək;
  • Mövcud müştəri hesablarının idarə olunmasında Account Manager-ə dəstək vermək;
  • CRM sistemində məlumatların düzgün və vaxtında yenilənməsinə nəzarət etmək;
  • Müştəri layihələrinin gedişatını izləmək, daxili komandalar arasında koordinasiyanı təmin etmək;
  • Hesabatların, təqdimatların, müqavilə və digər sənədlərin hazırlanmasına yardım etmək;
  • Müştəri ehtiyaclarını araşdırmaq və əlavə xidmətlər üzrə potensial imkanları müəyyənləşdirməyə dəstək olmaq;
  • Layihə məlumatlarının (qiymət cədvəlləri, təqdimatlar və s.) yenilənməsi və sistemlərə yerləşdirilməsi;
  • Komanda daxilində düzgün informasiya axınını və operativ koordinasiyanı təmin etmək;
  • Müştəri məmnuniyyətinin artırılması üçün proseslərin təkmilləşdirilməsi ilə bağlı təkliflər irəli sürmək.

Tələblər:

  • Biznes, Marketinq, Menecment və ya əlaqəli sahələr üzrə ali təhsil;
  • Güclü kommunikasiya, yazışma və təşkilati bacarıqlar;
  • Təfərrüatlara diqqət və çoxsaylı tapşırıqları idarəetmə qabiliyyəti;
  • MS Office və ya Google Workspace proqramlarında sərbəst işləmə bacarığı;
  • Komandada işləmə, öyrənməyə açıq və təşəbbüskar olmaq;
  • Rus dili mütləqdir, ingilis dili arzuolunandır

CV-lərinizi vakansiyanın adını qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

  • Daily27
  • Weekly299
  • Monthly1363