Lokasiya: Sabah Residence Kompleksi, Bakı şəhəri, Səbail rayonu
İş rejimi: Tam iş günü
Əmək haqqı: Müsahibə zamanı müəyyən ediləcək
Vəzifə öhdəlikləri
- Şirkət və müştəri layihələri üçün kontent və copywriting strategiyasının hazırlanması və idarə edilməsi.
- Azərbaycan və rus dillərində kreativ, satışyönümlü və brendə uyğun mətnlərin hazırlanması.
- Sosial media, website, reklam kampaniyaları, PR, email marketing və digər kommunikasiya kanalları üçün kontentlərin hazırlanması.
- Kreativ kampaniyalar üçün ideyaların, kommunikasiya konsepsiyalarının, slogan və əsas mesajların hazırlanması.
- Reklam mətnləri, headline, CTA, video ssenariləri, sosial media postları və digər copywriting materiallarının hazırlanması.
- Brendin kommunikasiya üslubunun (Tone of Voice) formalaşdırılması və bütün kanallarda ardıcıl şəkildə qorunması.
- Kontent planlarının hazırlanması və kontent istehsalı prosesinin idarə edilməsi.
- Hazırlanan kontentlərin redaktəsi və keyfiyyətinə nəzarət.
- Bir neçə layihə üzrə paralel kontent proseslərinin və deadline-ların idarə edilməsi.
- Kreativ, dizayn, marketinq və digər daxili komandalarla sıx əməkdaşlıq.
- Müştəri briflərinin analiz edilməsi və onların biznes məqsədlərinə uyğun kreativ məzmun həllərinin hazırlanması.
- Auditoriya, bazar və rəqiblərin kommunikasiya üslubunun araşdırılması.
- Kontent performansının izlənilməsi, nəticələrin analiz edilməsi və məzmun strategiyasının optimallaşdırılması.
- Junior və Middle səviyyəli copywriter və kontent mütəxəssislərinə istiqamət vermək və işlərinə nəzarət etmək.
Tələblər
- Azərbaycan dilində mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı.
- Rus dilində mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı.
- İngilis dili biliyi üstünlükdür.
- Copywriting, Content Marketing, Creative Writing və ya əlaqəli sahədə ən azı 3 il iş təcrübəsi.
- Güclü copywriting və redaktə bacarıqları.
- Kreativ düşüncə və yeni ideyalar yaratmaq qabiliyyəti.
- Müxtəlif auditoriyalar üçün uyğun kommunikasiya dili formalaşdırmaq bacarığı.
- Digital marketing və sosial media platformaları haqqında yaxşı anlayış.
- Brend strategiyası və Tone of Voice prinsipləri barədə anlayış.
- Eyni anda bir neçə layihə və deadline ilə işləmək bacarığı.
- Güclü kommunikasiya, təşkilatçılıq və komanda ilə işləmə bacarıqları.
- Portfolio təqdim etmək mütləqdir.
Üstünlükdür
- Reklam və ya kreativ agentlikdə iş təcrübəsi.
- Real Estate, Lifestyle və ya Premium brendlərlə iş təcrübəsi.
- Kreativ kampaniyaların hazırlanması və həyata keçirilməsində təcrübə.
- Kontent və ya copywriting komandasının idarə edilməsində təcrübə.
- Müştərilərlə birbaşa işləmə və təqdimat təcrübəsi.
CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərərək, email-in mövzu hissəsində “Senior Content & Copywriting Manager” vakansiyasının adını qeyd etməyiniz xahiş olunur.