Senior Content & Copywriting Manager

  • Истекает 18 сентябрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Lokasiya: Sabah Residence Kompleksi, Bakı şəhəri, Səbail rayonu

İş rejimi: Tam iş günü

Əmək haqqı: Müsahibə zamanı müəyyən ediləcək

Vəzifə öhdəlikləri

  • Şirkət və müştəri layihələri üçün kontent və copywriting strategiyasının hazırlanması və idarə edilməsi.
  • Azərbaycan və rus dillərində kreativ, satışyönümlü və brendə uyğun mətnlərin hazırlanması.
  • Sosial media, website, reklam kampaniyaları, PR, email marketing və digər kommunikasiya kanalları üçün kontentlərin hazırlanması.
  • Kreativ kampaniyalar üçün ideyaların, kommunikasiya konsepsiyalarının, slogan və əsas mesajların hazırlanması.
  • Reklam mətnləri, headline, CTA, video ssenariləri, sosial media postları və digər copywriting materiallarının hazırlanması.
  • Brendin kommunikasiya üslubunun (Tone of Voice) formalaşdırılması və bütün kanallarda ardıcıl şəkildə qorunması.
  • Kontent planlarının hazırlanması və kontent istehsalı prosesinin idarə edilməsi.
  • Hazırlanan kontentlərin redaktəsi və keyfiyyətinə nəzarət.
  • Bir neçə layihə üzrə paralel kontent proseslərinin və deadline-ların idarə edilməsi.
  • Kreativ, dizayn, marketinq və digər daxili komandalarla sıx əməkdaşlıq.
  • Müştəri briflərinin analiz edilməsi və onların biznes məqsədlərinə uyğun kreativ məzmun həllərinin hazırlanması.
  • Auditoriya, bazar və rəqiblərin kommunikasiya üslubunun araşdırılması.
  • Kontent performansının izlənilməsi, nəticələrin analiz edilməsi və məzmun strategiyasının optimallaşdırılması.
  • Junior və Middle səviyyəli copywriter və kontent mütəxəssislərinə istiqamət vermək və işlərinə nəzarət etmək.

Tələblər

  • Azərbaycan dilində mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı.
  • Rus dilində mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı.
  • İngilis dili biliyi üstünlükdür.
  • Copywriting, Content Marketing, Creative Writing və ya əlaqəli sahədə ən azı 3 il iş təcrübəsi.
  • Güclü copywriting və redaktə bacarıqları.
  • Kreativ düşüncə və yeni ideyalar yaratmaq qabiliyyəti.
  • Müxtəlif auditoriyalar üçün uyğun kommunikasiya dili formalaşdırmaq bacarığı.
  • Digital marketing və sosial media platformaları haqqında yaxşı anlayış.
  • Brend strategiyası və Tone of Voice prinsipləri barədə anlayış.
  • Eyni anda bir neçə layihə və deadline ilə işləmək bacarığı.
  • Güclü kommunikasiya, təşkilatçılıq və komanda ilə işləmə bacarıqları.
  • Portfolio təqdim etmək mütləqdir.

Üstünlükdür

  • Reklam və ya kreativ agentlikdə iş təcrübəsi.
  • Real Estate, Lifestyle və ya Premium brendlərlə iş təcrübəsi.
  • Kreativ kampaniyaların hazırlanması və həyata keçirilməsində təcrübə.
  • Kontent və ya copywriting komandasının idarə edilməsində təcrübə.
  • Müştərilərlə birbaşa işləmə və təqdimat təcrübəsi.

CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərərək, email-in mövzu hissəsində “Senior Content & Copywriting Manager” vakansiyasının adını qeyd etməyiniz xahiş olunur.

  • Daily0
  • Weekly232
  • Monthly1416