İş yeri: Bakı şəhəri
İş rejimi: Tam ştat
Sahə: Real Estate / Satış
Vəzifənin məqsədi:
- Şirkətin satış sonrası və xidmət üzrə debitor borclarının idarə olunması, ödəniş nəzarəti, broker kompensasiyalarının hesablanması və ödəmə planlarının hazırlanması funksiyalarına dəstək olmaq.
Əsas vəzifə öhdəlikləri:
- Müştərilər üzrə debitor borc qalıqlarının uçotunun aparılması və nəzarətdə saxlanılması;
- Gecikmiş borcların yığımı ilə bağlı müştərilərlə əlaqə saxlanılması və ödənişlərin təqibi;
- Müştərilər üçün payment planların (ödəmə qrafiklərinin) hazırlanması və razılaşdırılması;
- Şirkətlər üzrə debitor və kreditor borcların uçotunun aparılması və müvafiq şəxslərlə (zəng və yazışma yolu ilə) əlaqə saxlanılması;
- Maliyyə sənədlərinin — qaimə, müqavilə, təhvil-təslim aktları və s. — yoxlanılması və uçotunun aparılması;
- Brokerlərin satış üzrə kompensasiya məbləğlərinin hesablanması və ödəniş siyahılarının hazırlanması;
- 1C və ya Bitrix mühasibat proqramlarında maliyyə əməliyyatlarının aparılması.
Namizədə tələblər:
- Maliyyə, mühasibatlıq və ya iqtisadi sahədə ali təhsil
- 1 ilədək iş təcrübəsi (təcrübə proqramı keçmiş şəxslər də müraciət edə bilər)
- Debitor və kreditor uçotu ilə bağlı anlayışların olması
- MS Excel və 1C və proqramları ilə işləmək bacarığı
- Dəqiqlik, məsuliyyət və nəticəyə fokusluluq
- Komanda ilə işləmə və yazılı ünsiyyət bacarığı
Təklif edirik:
- Rəsmi əmək müqaviləsi
- Əmək haqqı 600 Azn fix ( +aylıq bonus)
- Real estate sektorunda təcrübə qazanmaq imkanı
- Peşəkar və öyrədici mühit
- Karyera inkişafı üçün real perspektivlər
Müraciət qaydası:
- CV-lərinizi subject hissəsində “Debitorların uçotu üzrə Kiçik Mühasib” yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.