HR Manager

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

HR Manager

  • Deadline 24 Dekabr 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

TRE Partners MMC daşınmaz əmlak satışı (TREVA) və rəqəmsal marketinq (TRENDERS) sahələrində fəaliyyət göstərən, sürətlə böyüyən şirkətlər qrupudur. Komandamızı gücləndirmək üçün HR proseslərini biznes məqsədləri ilə birləşdirəcək HR Manager axtarırıq.

İş şəraiti

  • İş yeri - Bakı, Bayıl – Sabah Residence
  • İş rejimi - Tam ştat, 5 iş günü (09:00–18:00 və ya 10:00–19:00)
  • Səviyyə - Middle / Senior
  • Əmək haqqı - 1500–2000 AZN (net)

Vəzifə öhdəlikləri

  • HR strategiyasının hazırlanmasında iştirak və HR fəaliyyətinin biznes məqsədləri ilə uyğunlaşdırılması;
  • İşə qəbul prosesinin tam dövrünün idarə olunması;
  • Yeni əməkdaşların adaptasiyası (onboarding) və işdən ayrılma (offboarding) proseslərinin təşkili;
  • Kadr uçotunun və sənədləşmənin qanunvericiliyə uyğun aparılması;
  • Daxili HR siyasətlərinin, prosedurların, qaydaların və sənəd şablonlarının hazırlanması, mütəmadi yenilənməsi, əməkdaşlara çatdırılması və tətbiqinə nəzarət;
  • Performansın idarə edilməsi və qiymətləndirmə proseslərinin təşkili;
  • Davamiyyət və məzuniyyət uçotunun aparılması;
  • Kompensasiya və mükafatlandırma proseslərində iştirak;
  • Əməkdaşlara təqdim olunan imtiyazların koordinasiyası;
  • Rəhbərlərə HR məsələləri üzrə məsləhət verilməsi və əməkdaş münasibətlərinin idarə olunması;
  • HR hesabatlarının və analitikanın hazırlanması.

Namizədə tələblər

  • HR sahəsində ən azı 3 il iş təcrübəsi (HR Manager, HR Business Partner və ya HR Generalist kimi təcrübə üstünlükdür);
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsini və EMAS sistemini yaxşı bilmək;
  • Kadr sənədləşməsi və işə qəbulun tam dövrü üzrə praktik təcrübə;
  • Azərbaycan, ingilis və rus dillərini sərbəst bilmək (hər üç dili bilmək üstünlükdür);
  • MS Office / Google Workspace proqramlarını, xüsusilə Excel / Sheets-i yaxşı bilmək;
  • AI-native olmaq: gündəlik işdə AI alətlərindən aktiv istifadə etmək və hansı alətlərdən istifadə etdiyini, onlarla hansı işləri gördüyünü konkret nümunələrlə izah edə bilmək;
  • Güclü ünsiyyət, təşkilatçılıq və problem həll etmə bacarıqları;
  • Məxfiliyə riayət, məsuliyyət və təşəbbüskarlıq.

Biz nə təklif edirik?

  • Rəsmi əmək müqaviləsi;
  • Rəqabətli əmək haqqı;
  • 1 il işlədikdən sonra könüllü tibbi sığorta;
  • HR proseslərini sıfırdan qurmaq və inkişaf etdirmək imkanı;
  • Peşəkar və dinamik komanda mühiti.

Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına "HR Manager" mövzusu ilə göndərə bilərlər. Yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaq.

  • Daily102
  • Weekly191
  • Monthly1667