Satış üzrə Menecer

  • Deadline 6 Sentyabr 2025

İş şəraiti:

  • İş yeri: Müasir ofis – Sabah Residence Kompleksi, Bakı şəhəri, Səbail rayonu
  • Əmək haqqı: Müsahibə zamanı müəyyən ediləcək
  • Məşğulluq növü: Tam ştat

Vəzifə öhdəlikləri:

  • Müştərilərlə düzgün və peşəkar ünsiyyət qurmaq, layihələr (mənzillər) haqqında dolğun və ətraflı məlumat vermək;
  • Müştəri suallarını əsaslandırılmış formada cavablandırmaq və layihənin keyfiyyəti, fərqləndirici xüsusiyyətləri barədə məlumat təqdim etmək;
  • Təyin edilmiş satış hədəflərinə çatmaq üçün şirkət strategiyasına uyğun çalışmaq;
  • Satışı stimullaşdırmaq üçün təkliflər vermək;
  • Müştəri bazasını genişləndirmək, yeni müştərilərin cəlb edilməsi üçün ideyalar irəli sürmək;
  • Satışdan sonrakı proseslərə nəzarət etmək və müştəri xidmətlərinin keyfiyyətinə nəzarət etmək.

Tələblər:

  • Müvafiq sahədə iş təcrübəsi, real estate sahəsində minimum 1 il iş təcrübəsi;
  • Yaxşı səviyyədə kompüter bacarıqları (MS Office proqramları);
  • Güclü ünsiyyət və danışıq qabiliyyəti;
  • Rus dili bilikləri arzuolunandır;
  • Komandada işləmək bacarığı.

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily89
  • Weekly554
  • Monthly673