Senior Mobiloqraf / Reels Maker

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Senior Mobiloqraf / Reels Maker

  • Deadline 23 December 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş yeri - Bakı, Bayıl – Sabah Residence

Məşğulluq növü - Tam ştat

Səviyyə - Senior

TREVA Real Estate Bakıda premium daşınmaz əmlak layihələrinin satışı ilə məşğul olan şirkətdir. Komandamıza güclü və təcrübəli mobiloqraf axtarırıq.

Vəzifə öhdəlikləri

  • Satış direktoru və satış komandasının üzvləri ilə Reels və qısa videoların çəkilişi və montajı (şəxsi brend kontenti, ekspert videoları, müsahibə formatları);
  • Layihələr, mənzillər və tikinti sahələri üzrə obyekt turları və kampaniya videolarının hazırlanması;
  • Instagram, TikTok və LinkedIn üçün trend formatlarda kontent hazırlanması;
  • Marketinq komandası ilə birgə aylıq kontent planının icrası.

Namizədə tələblər

  • Mobiloqraf / video kontent sahəsində ən azı 3 il iş təcrübəsi (Senior səviyyə);
  • Güclü portfolio: insanlarla çəkilmiş Reels, şəxsi brend və ya daşınmaz əmlak kontenti üstünlükdür;
  • Kamera qarşısında insanları istiqamətləndirmək, ssenari və ideya təklif etmək bacarığı;
  • Montaj proqramlarını sərbəst bilmək (CapCut, Premiere Pro, VN və s.);
  • Trendləri izləmək və müstəqil işləmək bacarığı.

Biz nə təklif edirik?

  • Əmək haqqı: 1200 AZN (600 AZN sabit + 600 AZN bonus);
  • Bakının ən böyük daşınmaz əmlak layihələrində iş təcrübəsi;
  • Peşəkar və dinamik komanda.

Maraqlanan namizədlər CV və portfoliolarını mövzu hissəsində “Senior Mobiloqraf” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily0
  • Weekly89
  • Monthly1567