İş yeri - Bakı, Bayıl – Sabah Residence
Məşğulluq növü - Tam ştat
Səviyyə - Senior
TREVA Real Estate Bakıda premium daşınmaz əmlak layihələrinin satışı ilə məşğul olan şirkətdir. Komandamıza güclü və təcrübəli mobiloqraf axtarırıq.
Vəzifə öhdəlikləri
- Satış direktoru və satış komandasının üzvləri ilə Reels və qısa videoların çəkilişi və montajı (şəxsi brend kontenti, ekspert videoları, müsahibə formatları);
- Layihələr, mənzillər və tikinti sahələri üzrə obyekt turları və kampaniya videolarının hazırlanması;
- Instagram, TikTok və LinkedIn üçün trend formatlarda kontent hazırlanması;
- Marketinq komandası ilə birgə aylıq kontent planının icrası.
Namizədə tələblər
- Mobiloqraf / video kontent sahəsində ən azı 3 il iş təcrübəsi (Senior səviyyə);
- Güclü portfolio: insanlarla çəkilmiş Reels, şəxsi brend və ya daşınmaz əmlak kontenti üstünlükdür;
- Kamera qarşısında insanları istiqamətləndirmək, ssenari və ideya təklif etmək bacarığı;
- Montaj proqramlarını sərbəst bilmək (CapCut, Premiere Pro, VN və s.);
- Trendləri izləmək və müstəqil işləmək bacarığı.
Biz nə təklif edirik?
- Əmək haqqı: 1200 AZN (600 AZN sabit + 600 AZN bonus);
- Bakının ən böyük daşınmaz əmlak layihələrində iş təcrübəsi;
- Peşəkar və dinamik komanda.
Maraqlanan namizədlər CV və portfoliolarını mövzu hissəsində “Senior Mobiloqraf” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.