Turan Voleybol Klubu Turan Voleybol Klubu
  • 318

Turan Voleybol Klubu

Əyləncə

Klub Meneceri

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Klub Meneceri

  • Deadline 21 İyun 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş şəraiti

  • Əmək haqqı: 1300 AZN + (NET) (Namizədin bilik və bacarıqlarına uyğun olaraq müsahibə əsasında təyin olunacaq)
  • İş qrafiki: Tam ştat (I–VI günlər, 09:00 – 18:00)
  • Ünvan: Bakı şəhəri

İşin təsviri və öhdəliklər:

  • Klubun gündəlik inzibati və təşkilati fəaliyyətini idarə etmək
  • Məşq qrafiklərini, oyun və turnir tədbirlərini koordinasiya etmək
  • Komandanın (idmançılar, məşqçilər və heyət) bütün sənədləşmə, müqavilə və sığorta işlərini icra etmək
  • Yerli (AVF) və beynəlxalq (CEV, FIVB) federasiyalarla transfer, lisenziya və rəsmi yazışmaları idarə etmək
  • Xarici heyətin (legionerlərin) viza, miqrasiya sənədləşməsi və yaşayış ehtiyaclarını koordinasiya etmək
  • Ev və səfər oyunlarının, turnirlərin logistik və təşkilati (Matchday) hazırlıq işlərini görmək
  • Yerli və beynəlxalq tərəfdaşlarla əlaqələri saxlamaq, sənəd mübadiləsini aparmaq
  • Klubun media, sosial şəbəkə (PR) və marketinq fəaliyyətinin icrasına kömək etmək
  • Görülən işlər barədə klub rəhbərliyinə dövri hesabatlar təqdim etmək

Namizədə dair tələblər:

  • Ali təhsil
  • 25 yaşdan yuxarı namizədlərə üstünlük veriləcək
  • Azərbaycan, Rus və İngilis dillərində səlis danışıq və peşəkar işgüzar yazı bacarığı (mütləqdir)
  • Sənədləşmə, kargüzarlıq və ya inzibati menecment sahəsində minimum 2 il iş təcrübəsi
  • MS Office proqramları (xüsusilə Word, Excel) ilə yüksək səviyyədə işləmək bacarığı
  • İşgüzar sənədləşmə standartlarını və müqavilə formalarını bilmək
  • Yüksək ünsiyyət, məsuliyyət və detallara diqqət yetirmək qabiliyyəti

Şirkət təklif edir:

  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun olaraq rəsmi qeydiyyat
  • Dinamik və inkişaf edən idman mühitində karyera imkanı
  • Klubun uğurlarından asılı olaraq illik bonus sisteminə daxil olma

Maraqlanan namizədlərdən CV-lərini [email protected] , [email protected] elektron ünvanlarına göndərmələri xahiş olunur.

Mövzu hissəsində mütləq “Klub Meneceri” qeyd edilməlidir.

  • Daily51
  • Weekly579
  • Monthly1964