Əsas vəzifə öhdəlikləri
- Biznes problemlərinin analitik məsələlərə çevrilməsi;
- Bankın biznes prosesləri, məhsulları və müştəri davranışları üzrə data əsaslı deskriptiv, diaqnostik, prediktiv, presktirpiv təhlillərin aparılması;
- SQL, Python və digər uyğun alətlər vasitəsilə məlumatların təhlili, statistik modellərin hazırlanması və nəticələrin qiymətləndirilməsi;
- Analitik nəticələrin vizuallaşdırılması və biznes bölmələrinə təqdim edilməsi;
- Süni intellekt və maşın öyrənməsi texnologiyalarının tətbiqi üzrə fəaliyyətlərdə iştirak.
Namizədə dair tələblər
- Uyğun sahə (İqtisadiyyat, Statistika, Data analitikası, Süni intellekt, Kompüter elmləri və sair) üzrə ali təhsil;
- SQL üzrə yüksək səviyyədə biliklər;
- Python və Pandas, NumPy kitabxanaları ilə işləmək bacarığı;
- Statistik təhlil, hipotezlərin yoxlanılması, reqressiya və proqnozlaşdırma metodları üzrə biliklər;
- Məlumatların vizuallaşdırılması alətləri ilə işləmə bacarıqları;
- Analitik düşüncə, problem həll etmə və nəticələri biznes kontekstində şərh etmək bacarığı;
- Analitik nəticələri qeyri-texniki auditoriyaya təqdim etmək bacarığı.
- İngilis dili bilikləri (əsasən texniki sənədləri oxumaq və tam anlamaq səviyyəsində).
Üstünlük verilir:
- Bank və ya maliyyə sektorunda iş təcrübəsi;
- Maşın öyrənməsi modellərinin hazırlanması və tətbiqi üzrə biliklər;
- Data anbarı və data modelləri üzrə biliklər.
Vakansiyaya Müraciət et düyməsində qeyd olunan linkə daxil olub TuranBank ASC-nin “İşə Qəbul Portalı”nda qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.