TuranBank ASC TuranBank ASC
  • 202

Data əsaslı təhlil və süni intellekt bölməsinin mütəxəssis/aparıcı mütəxəssisi (Data analitiki)

Data əsaslı təhlil və süni intellekt bölməsinin mütəxəssis/aparıcı mütəxəssisi (Data analitiki)

  • Deadline 6 December 2026

Əsas vəzifə öhdəlikləri

·       Biznes problemlərinin analitik məsələlərə çevrilməsi;

·       Bankın biznes prosesləri, məhsulları və müştəri davranışları üzrə data əsaslı deskriptiv, diaqnostik, prediktiv, presktirpiv təhlillərin aparılması;

·       SQL, Python və digər uyğun alətlər vasitəsilə məlumatların təhlili, statistik modellərin hazırlanması və nəticələrin qiymətləndirilməsi;

·       Analitik nəticələrin vizuallaşdırılması və biznes bölmələrinə təqdim edilməsi;

·       Süni intellekt və maşın öyrənməsi texnologiyalarının tətbiqi üzrə fəaliyyətlərdə iştirak.

 

Namizədə dair tələblər

·       Uyğun sahə (İqtisadiyyat, Statistika, Data analitikası, Süni intellekt, Kompüter elmləri və sair) üzrə ali təhsil;

·       SQL üzrə yüksək səviyyədə biliklər;

·       Python və Pandas, NumPy kitabxanaları ilə işləmək bacarığı;

·       Statistik təhlil, hipotezlərin yoxlanılması, reqressiya və proqnozlaşdırma metodları üzrə biliklər;

·       Məlumatların vizuallaşdırılması alətləri ilə işləmə bacarıqları;

·       Analitik düşüncə, problem həll etmə və nəticələri biznes kontekstində şərh etmək bacarığı;

·       Analitik nəticələri qeyri-texniki auditoriyaya təqdim etmək bacarığı.

·       İngilis dili bilikləri (əsasən texniki sənədləri oxumaq və tam anlamaq səviyyəsində).

 

Üstünlük verilir:

·       Bank və ya maliyyə sektorunda iş təcrübəsi;

·       Maşın öyrənməsi modellərinin hazırlanması və tətbiqi üzrə biliklər;

·       Data anbarı və data modelləri üzrə biliklər.

 

Vakansiyaya TuranBank ASC-nin “İşə Qəbul Portalı”nda https://hr.turanbank.az/home qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.

  • Daily2
  • Weekly566
  • Monthly567