Əsas vəzifə öhdəlikləri
- Bankın müxtəlif informasiya sistemlərindən məlumatların toplanması, inteqrasiyası və analitik istifadəyə hazırlanması;
- Məlumatların emalı və ötürülməsi üçün ETL/ELT proseslərinin layihələndirilməsi, hazırlanması və optimallaşdırılması;
- Data Warehouse və digər məlumat saxlama platformalarının inkişaf etdirilməsi;
- Analitik və hesabatlıq ehtiyaclarına uyğun məlumat modellərinin hazırlanması;
- Məlumat axınlarının (Data Pipeline) etibarlılığının, davamlılığının və performansının təmin edilməsi;
- Məlumatların keyfiyyətinin standartlara uyğunluğunun yoxlanılması, uyğunsuzluqların müəyyən edilməsi və aradan qaldırılması;
- Digər bölmələrlə əməkdaşlıq edərək analitik ehtiyacların texniki həllərlə təmin edilməsi;
- Data standartlarının və data idarəetmə tələblərinin tətbiqində iştirak.
Namizədə dair tələblər
- Kompüter elmləri, informasiya texnologiyaları, mühəndislik və ya əlaqəli sahələr üzrə ali təhsil;
- SQL, PL/SQL və verilənlər bazaları ilə işləmək üzrə biliklər;
- Python və məlumatların emalı üçün müvafiq kitabxanalarla işləmək bacarığı;
- ETL/ELT prosesləri və məlumatların inteqrasiyası üzrə biliklər və praktiki təcrübə;
- Data Warehouse və məlumat modelləşdirilməsi prinsipləri üzrə biliklər;
- Relyasiyalı verilənlər bazalarının strukturu və bu struklturların hesabatlıq yönümlü optimallaşdırılması üzrə biliklər;
- Məlumatların keyfiyyətinin yoxlanılması və məlumat axınlarında xətaların aşkarlanması üsulları üzrə biliklər;
- Analitik düşüncə, problem həll etmə və komanda ilə işləmək bacarığı.
- İngilis dili bilikləri, əsasən texniki sənədləri oxumaq və anlamaq səviyyəsində.
Üstünlük verilir:
- Bank və ya maliyyə sektorunda iş təcrübəsi;
- Apache Airflow və ya digər Data Orchestration alətləri üzrə biliklər;
- Git və versiyaya nəzarət sistemləri ilə işləmək təcrübəsi.
Vakansiyaya Müraciət et düyməsində qeyd olunan linkə daxil olub TuranBank ASC-nin “İşə Qəbul Portalı”nda qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.