Əsas vəzifə öhdəlikləri
· Bankın müxtəlif informasiya sistemlərindən məlumatların toplanması, inteqrasiyası və analitik istifadəyə hazırlanması;
· Məlumatların emalı və ötürülməsi üçün ETL/ELT proseslərinin layihələndirilməsi, hazırlanması və optimallaşdırılması;
· Data Warehouse və digər məlumat saxlama platformalarının inkişaf etdirilməsi;
· Analitik və hesabatlıq ehtiyaclarına uyğun məlumat modellərinin hazırlanması;
· Məlumat axınlarının (Data Pipeline) etibarlılığının, davamlılığının və performansının təmin edilməsi;
· Məlumatların keyfiyyətinin standartlara uyğunluğunun yoxlanılması, uyğunsuzluqların müəyyən edilməsi və aradan qaldırılması;
· Digər bölmələrlə əməkdaşlıq edərək analitik ehtiyacların texniki həllərlə təmin edilməsi;
· Data standartlarının və data idarəetmə tələblərinin tətbiqində iştirak.
Namizədə dair tələblər
· Kompüter elmləri, informasiya texnologiyaları, mühəndislik və ya əlaqəli sahələr üzrə ali təhsil;
· SQL, PL/SQL və verilənlər bazaları ilə işləmək üzrə biliklər;
· Python və məlumatların emalı üçün müvafiq kitabxanalarla işləmək bacarığı;
· ETL/ELT prosesləri və məlumatların inteqrasiyası üzrə biliklər və praktiki təcrübə;
· Data Warehouse və məlumat modelləşdirilməsi prinsipləri üzrə biliklər;
· Relyasiyalı verilənlər bazalarının strukturu və bu struklturların hesabatlıq yönümlü optimallaşdırılması üzrə biliklər;
· Məlumatların keyfiyyətinin yoxlanılması və məlumat axınlarında xətaların aşkarlanması üsulları üzrə biliklər;
· Analitik düşüncə, problem həll etmə və komanda ilə işləmək bacarığı.
· İngilis dili bilikləri, əsasən texniki sənədləri oxumaq və anlamaq səviyyəsində.
Üstünlük verilir:
· Bank və ya maliyyə sektorunda iş təcrübəsi;
· Apache Airflow və ya digər Data Orchestration alətləri üzrə biliklər;
· Git və versiyaya nəzarət sistemləri ilə işləmək təcrübəsi.
Vakansiyaya TuranBank ASC-nin “İşə Qəbul Portalı”nda https://hr.turanbank.az/home qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.