İşin təsviri:
- Rəqiblərin araşdırılması, trendlərin izlənməsi və təhlili;
- İstifadəçi ehtiyaclarının və davranışlarının təhlili, təkliflərin hazırlanması, biznes istəyin formalaşdırılması;
- Mövcud proseslərin təhlili, inkişaf istiqamətlərinin müəyyən olunması və davamlı təkmilləşdirmə işlərinin həyata keçirilməsi üçün təkliflərin verilməsi;
- Layihənin yol xəritəsinin (roadmap) hazırlanması və mərhələli şəkildə icrası;
- Bankın digər struktur bölmələri ilə qarşılıqlı fəaliyyət göstərmək;
- Kənar şirkətlər ilə danışıqların aparılması və inteqrasiyası üzrə işlərin idarə edilməsi;
- İcra olunan layihələr üzrə hesabatların və təqdimatların hazırlanması, rəhbərliyə təqdim olunması.
Namizədə olan tələblər:
- Maliyyə, iqtisadiyyat və ya idarəetmə üzrə ali təhsil;
- Mobil və İnternet Bankçılıq, bank əməliyyatları üzrə biliklərə malik olmaq;
- Biznes, İT komandaları ilə işləmək və effektiv koordinasiya aparmaq bacarığı;
- Güclü kommunikasiya, danışıqlar və təqdimat bacarıqları;
- Analitik düşüncə, problem həll etmə və yaradıcı yanaşma bacarıqları;
- Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi.
Vakansiyaya Müraciət et düyməsində qeyd olunan linkə daxil olub TuranBank ASC-nin “İşə Qəbul Portalı”nda qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.