Vəzifə öhdəlikləri:
- Bankda mövcud biznes və biznesə dəstək proseslərinin analizini aparmaq;
- Proseslərin mövcud xəritəsini yaratmaq və müntəzəm yeniləmək;
- Proseslərin mövcud (As İs) modelini təsvir etmək, təhlil etmək, kamillik səviyyəsini müəyyən etmək;
- Proseslərin təhlili zamanı avtomatlaşdırma imkanlarını təhlil etmək və müvafiq təkliflər vermək;
- Prosesin yenidən dizaynını həyata keçirmək və gələcək (To Be) model üzrə təkliflər vermək;
- Biznes proseslər üzrə xronometrajlar keçirmək;
- Hər bir proses üzrə vaxt və əmək sərfiyyatını müəyyən etmək;
- Proseslər üzrə sənədlərin reyestrini aparmaq;
- Proseslərin optimallaşdırılması üzrə təklifləri aidiyyatı strukturlarla birgə razılaşdıraraq tətbiq etmək;
- Proseslərin müddət, keyfiyyət, səmərəlilik və digər istiqamətlər üzrə müntəzəm ölçülməsi və təkmilləşdirilməsi üzrə meyarlar hazırlamaq;
- Meyarlar üzrə ölçmələrin avtomatlaşdırılması üçün təkliflər vermək, avtomatlaşdırma səviyyəsini izləmək;
- Meyarlara əsaslanmaqla dövri olaraq təkmilləşdirmə təklifləri hazırlamaq.
Tələblər:
- Ali təhsili (iqtisadi, riyazi və ya texniki);
- Bank işi sahəsi üzrə biliklər;
- Problem həlletmə bacarığı;
- Fərdi və komanda ilə işləmək qabiliyyəti;
- Bank işi və proses optimallaşdırılması sahəsində minimum 2 illik təcrübə;
- Analitik və yaradıcı düşüncə qabiliyyəti;
- MS Word və MS Excel proqramlarından istifadə etmə bacarığı;
- BPMN 2.0 bilikləri ;
- MS Visio, Draw IO kimi alətlərdən istifadə bacarıqları;
- Lean Six Sigma, CBAP, CBPP, OCEB 2 sertifikatlarından hər hansı birinin olması üstünlükdür;
- Dil bilikləri: Azərbaycan (səlis), İngilis (orta).
Vakansiyaya Müraciət et düyməsində qeyd olunan link-ə daxil olub TuranBank ASC-nin “İşə Qəbul Portalı”nda qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.