TuranBank ASC TuranBank ASC
  • 117

Data idarəetməsi üzrə mütəxəssis /aparıcı mütəxəssis

Data idarəetməsi üzrə mütəxəssis /aparıcı mütəxəssis

  • Deadline 6 Dekabr 2026

Tələblər

  • İqtisadiyyat, maliyyə, statistika, informasiya texnologiyaları, kompüter elmləri və ya əlaqəli sahələr üzrə ali təhsil;
  • Data idarəetməsi (Data Governance), Data keyfiyyəti (Data Quality), data menecementi (Data Management) və ya əlaqəli sahə üzrə iş təcrübəsi;
  • Məlumatların idarə edilməsi prinsipləri, məlumatların keyfiyyəti və metadata anlayışları üzrə biliklər;
  • SQL vasitəsi ilə məlumatların yoxlanılması və təhlili üçün kifayət qədər biliklər;
  • Məlumat modelləri, relyasiyalı verilənlər bazaları və data anbarı (Data Warehouse) haqqında anlayış;
  • Analitik düşüncə, problem həll etmə və proseslərin təhlili bacarığı;
  • Sənədləşdirmə, kommunikasiya və müxtəlif biznes bölmələri ilə əməkdaşlıq bacarığı;
  • İngilis dili bilikləri, əsasən texniki sənədləri oxumaq və anlamaq səviyyəsində.

Üstünlük verilir:

  • Bank və ya maliyyə sektorunda iş təcrübəsi;
  • Data idaeəteməsi (Data Governance) və data keyfiyyəti (Data Quality) üzrə layihələrdə iştirak təcrübəsi;
  • DAMA-DMBOK çərçivəsi və ya digər data menecement metodologiyaları haqqında biliklər;
  • Data Governance alətləri haqqında biliklər;
  • Məlumatların təsnifatı, Data Lineage və Data Catalog üzrə praktiki təcrübə.

Öhdəliklər

  • Bank üzrə məlumatların idarə edilməsi (Data Governance) çərçivəsinin və müvafiq metodologiyaların tətbiqində iştirak edilməsi;
  • Məlumatların keyfiyyətinin qiymətləndirilməsi, keyfiyyət göstəricilərinin və nəzarət qaydalarının müəyyənləşdirilməsi;
  • Məlumatların sahibliyi (Data Ownership) və idarə edilməsi üzrə məsuliyyətlərin müəyyənləşdirilməsi və əlaqələndirilməsi;
  • Bankın məlumat lüğətinin (Business Data Glossary), məlumat kataloqunun (Data Catalog) və metadata idarəetmə proseslərinin formalaşdırılması və inkişaf etdirilməsi;
  • Məlumatların mənbədən istifadəçiyə qədər hərəkətinin və transformasiyalarının izlənəbilənliyinin (Data Lineage) təmin edilməsi üzrə fəaliyyətlərdə iştirak edilməsi;
  • Məlumatların keyfiyyəti ilə bağlı problemlərin müəyyənləşdirilməsi, səbəblərinin araşdırılması və aidiyyəti bölmələrlə həllinin əlaqələndirilməsi;
  • Məlumatların təsnifatı, istifadəsi və idarə edilməsi üzrə daxili qayda və standartların hazırlanmasında iştirak edilməsi;
  • Müvafiq bölmələr ilə əməkdaşlıq edərək məlumatların idarə edilməsi tələblərinin tətbiqinin təmin edilməsi.

Vakansiyaya Müraciət et düyməsində qeyd olunan linkə daxil olub TuranBank ASC-nin “İşə Qəbul Portalı”nda qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. 

  • Daily115
  • Weekly561
  • Monthly562