TuranBank ASC TuranBank ASC
  • 141

Data mühəndisliyi üzrə mütəxəssis / aparıcı mütəxəssis

Data mühəndisliyi üzrə mütəxəssis / aparıcı mütəxəssis

  • Deadline 6 December 2026

 

Əsas vəzifə öhdəlikləri

·        Bankın müxtəlif informasiya sistemlərindən məlumatların toplanması, inteqrasiyası və analitik istifadəyə hazırlanması;

·        Məlumatların emalı və ötürülməsi üçün ETL/ELT proseslərinin layihələndirilməsi, hazırlanması və optimallaşdırılması;

·        Data Warehouse və digər məlumat saxlama platformalarının inkişaf etdirilməsi;

·        Analitik və hesabatlıq ehtiyaclarına uyğun məlumat modellərinin hazırlanması;

·        Məlumat axınlarının (Data Pipeline) etibarlılığının, davamlılığının və performansının təmin edilməsi;

·        Məlumatların keyfiyyətinin standartlara uyğunluğunun yoxlanılması, uyğunsuzluqların müəyyən edilməsi və aradan qaldırılması;

·        Digər bölmələrlə əməkdaşlıq edərək analitik ehtiyacların texniki həllərlə təmin edilməsi;

·        Data standartlarının və data idarəetmə tələblərinin tətbiqində iştirak.

 

Namizədə dair tələblər

·        Kompüter elmləri, informasiya texnologiyaları, mühəndislik və ya əlaqəli sahələr üzrə ali təhsil;

·        SQL, PL/SQL və verilənlər bazaları ilə işləmək üzrə biliklər;

·        Python və məlumatların emalı üçün müvafiq kitabxanalarla işləmək bacarığı;

·        ETL/ELT prosesləri və məlumatların inteqrasiyası üzrə biliklər və praktiki təcrübə;

·        Data Warehouse və məlumat modelləşdirilməsi prinsipləri üzrə biliklər;

·        Relyasiyalı verilənlər bazalarının strukturu və bu struklturların hesabatlıq yönümlü optimallaşdırılması üzrə biliklər;

·        Məlumatların keyfiyyətinin yoxlanılması və məlumat axınlarında xətaların aşkarlanması üsulları üzrə biliklər;

·        Analitik düşüncə, problem həll etmə və komanda ilə işləmək bacarığı.

·        İngilis dili bilikləri, əsasən texniki sənədləri oxumaq və anlamaq səviyyəsində.

 Üstünlük verilir:

·        Bank və ya maliyyə sektorunda iş təcrübəsi;

·        Apache Airflow və ya digər Data Orchestration alətləri üzrə biliklər;

·        Git və versiyaya nəzarət sistemləri ilə işləmək təcrübəsi.

 

 

Vakansiyaya TuranBank ASC-nin “İşə Qəbul Portalı”nda https://hr.turanbank.az/home qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. 

 

  • Daily12
  • Weekly577
  • Monthly578