TuranBank ASC TuranBank ASC
  • 108

TuranBank ASC

Banklar , Maliyyə xidmətləri

İnformasiya Təhlükəsizliyi – İnsidentlərin İdarə Edilməsi üzrə kiçik mütəxəssis

İnformasiya Təhlükəsizliyi – İnsidentlərin İdarə Edilməsi üzrə kiçik mütəxəssis

  • Deadline 29 Oktyabr 2025

Vəzifə və Öhdəliklər:

  • Təhlükəsizlik insidentlərini vaxtında aşkarlamaq, təhlil etmək və cavablandırmaq;
  • SIEM, EDR, XDR və digər təhlükəsizlik alətlərini idarə etmək və monitorinq aparmaq;
  • İnsidentlərin səbəbini təhlil etmək və sənədləşdirmək.
  • Təhlükəsizlik insidentlərinə cavab vermə playbook-larını və prosedurlarını hazırlamaq və aktual saxlamaq;
  • İT və biznes komandaları ilə əməkdaşlıq edərək şirkətin təhlükəsizlik səviyyəsini yüksəltmək;
  • Gündəlik monitorinq və log analizlərinin aparılması;
  • L1, L2 və L3 monitorinq növbələrini izləmək, lazımi hallarda eskalasiya proseslərini koordinasiya etmək;
  • Mərkəzi Bank və beynəlxalq tənzimləyici qurumların hesabat tələblərinə uyğun insident hesabatlarını hazırlamaq;
  • İnsident zamanı texniki dəstək göstərmək və əlavə məlumat toplamaq;
  • Təhlükəsizlik təlimləri və maarifləndirmə fəaliyyətlərində iştirak etmək;
  • Daxili hesabatlar hazırlamaq və insidentlərin qarşısını almaq üçün tədbirlər görmək.

Bilik və Bacarıqlar:

  • Ali təhsil – İnformasiya Təhlükəsizliyi, Kompüter Elmləri və ya əlaqəli sahə;
  • IR (Incident Response) və təhdid araşdırmaları üzrə sübut olunmuş təcrübə (1-3 il);
  • Təhlükəsizlik əməliyyatları, hücum vektorları və müdafiə üsulları haqqında güclü anlayış;
  • Ümumi təhlükəsizlik çərçivələri və standartları (MITRE ATT&CK, NIST, ISO 27001 və s.) haqqında bilik;
  • Sertifikatlar (CompTIA Security+, CySA+, CCNA Security və s.) arzuolunandır; 
  • Güclü analitik düşüncə və problem həll etmə bacarığı;
  • Effektiv ünsiyyət və sənədləşdirmə bacarıqları;
  • Namizəd şəbəkə və server infrastrukturu (Windows, Linux, Active Directory, VPN, DNS), şəbəkə təhlükəsizliyi, TCP/IP, firewall, kriptoqrafiya və təhlükəsizlik tətbiqləri üzrə ilkin biliklərə və əsas anlayışa malik olmalıdır;
  • Zərəvericilik və zəiflik qiymətləndirməsi üzrə təcrübə (NMAP, zəiflik skannerləri və s.);
  • Bulud əsaslı təhlükəsizlik alətləri (məsələn, Azure Sentinel, AWS Security Hub) ilə işləmə bacarığı;
  • Azərbaycan, ingilis və rus dilləri səviyyəsi (orta və yuxarı). 

Vakansiyaya Müraciət et düyməsində qeyd olunan  linkə daxil olub TuranBank ASC-nin “İşə Qəbul Portalı”nda qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. 

  • Daily109
  • Weekly217
  • Monthly580