İş şəraiti
- İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi – Cümə)
- Ünvan: Bakı şəhəri.
Namizədə dair tələblər:
- Ali təhsil;
- Analitik düşüncə, məsuliyyətlilik və nəticəyönümlülük;
- MS Office proqramında (xüsusilə MS Excel) sərbəst işləmək bacarığı;
- İngilis və Rus dili bilikləri əlavə üstünlükdür;
- Mərkəzi Bank qaydalarının tələblərini bilmək;
- Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti;
- Bank əməliyyatları və biznes prosesləri barədə biliklər.
İşin təsviri:
- Bankın aktiv və passiv strukturunda baş verən dəyişikliklərin təhlil edilməsi;
- Bankın faiz risklərinə dair hesabatların qurulması;
- LCR hesabatının hazırlanması, gündəlik izlənilməsi və təhlili;
- Bankın valyuta və likvidlik risklərinin qiymətləndirilməsi və hesabatlığın təmin edilməsi;
- Dövrü olaraq stress testlərin keçirilməsinə dəstək;
- Mütəmadi olaraq bazar və likvidlik risklərinin monitorinqinin həyata keçirilməsi;
- Yeni risk limitlərinin hesablanması və mövcud risk limitlərinin uyğunluğuna nəzarət edilməsi, həmçinin müəyyənləşdirilmiş və potensial risklərin minimallaşdırılması barədə təkliflər verilməsi;
- Erkən xəbərdarlıq sisteminin qurulması.
Vakansiyaya TuranBank ASC-nin Müraciət et düyməsində qeyd olunan linkə daxil olub “İşə Qəbul Portalı”nda qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.