Türk İlaç Ve Serum Sanayi A.Ş Azərbaycan Nümayənədliyi komandasına qoşulmaq üçün motivasiyalı, ünsiyyət bacarığı yüksək və nəticəyönümlü Tibbi nümayəndələr axtarırıq.
Namizədə tələblər:
- Ali təhsil (tibb, əczaçılıq və biologiya sahələri üzrə təhsilə üstünlük verilir);
- Ünsiyyət və təqdimat bacarıqları;
- Komandada işləmək qabiliyyəti;
- Məsuliyyətli və məqsədyönlü yanaşma;
- Əczaçılıq sahəsində iş təcrübəsi üstünlükdür.
- Sürücülük vəsiqəsi
Əsas vəzifələr:
- Həkimlərlə peşəkar əməkdaşlığın qurulması və inkişaf etdirilməsi;
- Şirkətin dərman preparatları haqqında elmi və tibbi məlumatların təqdim edilməsi;
- Gündəlik həkim ziyarətlərinin həyata keçirilməsi;
- Şirkətin satış və marketinq strategiyasına uyğun fəaliyyət.\
Biz nə təklif edirik?
- Rəqabətqabiliyyətli əməkhaqqı;
- Motivasiya və bonus sistemi;
- Peşəkar təlimlər və inkişaf imkanları;
- Karyera yüksəlişi;
- Dinamik və peşəkar iş mühiti.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində “Tibbi nümayəndə” qeyd etməyiniz xahiş olunur.
Güclü komandanın bir parçası olun!