T TÜV Austria Azərbaycan
  • 1.6K

TÜV Austria Azərbaycan

Təhsil , Mühəndislik

Ofis meneceri

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Ofis meneceri

  • Deadline 10 Aprel 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş barədə:

  • Şirkətin struktur bölmələrində və tabeliyində olan bölmələrdə vahid kargüzarlıq sistemini təşkil etmək; 
  • Şirkətin daxili və xarici korrespondensiyasının aparılmasını həyata keçirmək, fiziki və hüquqi şəxslərdən daxil olan müraciətləri qəbul etmək, qeydiyyata almaq və lazım olduğu təqdirdə aidiyyəti üzrə çatdırılmasını təmin etmək; 
  • Şirkətin sənəd dövriyyəsinin uçot-nəzarət işini təşkil etməklə sənədlərin dövriyyəsinə və icra müddətinə nəzarət etmək, icra müddəti başa çatmış sənədləri struktur bölmələrdən və şirkətin tabeliyində olan şöbələrdən tələb etmək, pozuntu halları barədə rəhbərliyi məlumatlandırmaq; 
  • İmzalanmış əmrləri, sərəncamları və digər sənədləri qeydiyyata almaq, saxlanılmasını və göndərilmə siyahısına əsasən çatdırılmasını təmin etmək; 
  • Sənəd qovluqlarının tərtibatı və uçotu, gələcəkdə arxivə lazımi səviyyədə təhvil verilməsi məqsədi ilə daxili və xarici korrespondensiya üçün ümumi nomenklatur-siyahısını tərtib etmək; 
  • Etibarnamələri hazırlamaq və onların qeydiyyatını aparmaq; 
  • Korporativ nömrələrin sifariş edilməsi, system üzərindən tariflərin yenilənməsi və limitlərinin təyin edilməsi əməliyyatlarını icra etmək;
  • Ofisdaxili təsərrüfatın lazımi səviyyədə saxlanılması üçün əməli tədbirlər görmək; 
  • Şirkətin əməkdaşlarının ofis ləvazimatları, avadanlıq və digər zəruri ehtiyaclarla (korporativ nömrə, nahar talonu, uniforma və s.) təminatını həyata keçirmək.

Tələblər:

  • Ali təhsilli olmalı;
  • Xoş görünüşlü və pozitiv olmalı;
  • Müvafiq vəzifə üzrə azı 1  il iş təcrübəsi;
  • Komandada işləmə və yüksək idarəetmə bacarığı;
  • Məsuliyyət və punktuallıq;
  • Təşkilatçılıq bacarığı;
  • MS Office proqramlarında işləmə bacarığı.
  • Azrəbaycan dili-mükəmməl, türk , ingilis , rus  diliyi biliyi arzuolunandır.

İş şəraiti:

  • Əmək haqqı razılaşma əsasında təyin ediləcək;
  • Korporativ nömrə ilə təmin olunma;
  • İş rejimi: 5 günlük;
  • İş yeri: Bakı şəhəri 
  • Daily14
  • Weekly14
  • Monthly1789