T TVM Construction
  • 278

TVM Construction

Construction

Texniki nəzarət üzrə mühəndis (tikinti sahəsi)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Texniki nəzarət üzrə mühəndis (tikinti sahəsi)

  • Deadline 11 March 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəliyi:

  • Tikinti aparılan sahələri mütəmadi yoxlamaq, çatışmazlıqlar barədə rəhbərliyə təqdimat vermək;
  • Sahə rəisləri ilə gündəlik əlaqə saxlamaqla işin gedişatına maneə yaradan məsələləri həll etmək;
  • Sahələrdə plan qrafik əsasında işlərin icra olunmasını izləmək;
  • Mütəmadi olaraq layihədə aparılan işlərin keyfiyyət göstəricilərini müəyyən etmək, təhlilini aparmaq;
  • Müəyyən edilmiş material, maşın-mexanizm, işçilik normalarının (miqdarlarının)  gözlənməsini, israf və səmərəsiz istifadənin qarşısını almaq üçün təkliflər planı hazırlamaq;
  • Tikinti sahələrindən tələb olunan texniki və material hesabatların müəyyən edilmiş vaxtda və qaydada baş ofisə təqdim edilməsini təmin etmək;
  • Görülən işlər barədə təqdim olunan sənədlərin (F № 2) düzgünlüyünü əyani olaraq yoxlamaq, uyğunsuzluq aşkarlandıqda araşdırma aparmaq;
  • Görülmüş işlər üzrə aylıq və həftəlik hesabatlar təqdim etmək;
  • Plan üzrə nəzərdə tutulmuş işlərdə gecikmələrin analizini aparmaqla müvafiq tədbirlər görmək;
  • Subpodratçı tərəfindən aparılan işlərin planlı olmasına və yüksək keyfiyyətlə təhvil verilməsinə nəzarət etmək.

Namizədə tələblər:

  • Müvafiq vəzifə üzrə azı 5 il iş təcrübəsi; 
  • Tam ali təhsil (İnşaat və ya sənaye/mülki tikinti ixtisası üzrə);
  • Məsuliyyətli;
  • Problem həlletmə və analitik düşünmə qabiliyyəti;
  • Konfidensiallığı qoruyub saxlamaq bacarığı;
  • İşgüzar ünsiyyət və komandada işləmə bacarığı;
  • MS Office və Autocad proqramlarını yaxşı səviyyədə bilmək.

İş şəraiti:

  • İş yeri Qarabağ ərazisi
  • Gündə 3 dəfə qidalanma
  • Qalmaq şərəiti
  • Yaş həddi 25-50

Tələblərə cavab verən şəxslər CV-lərini mövzu hissəsində “Texniki nəzarət üzrə mühəndis” qeyd etməklə,  göndərə bilərlər. 

  • Daily135
  • Weekly292
  • Monthly906