Vəzifə öhdəliyi:
- Tikinti aparılan sahələri mütəmadi yoxlamaq, çatışmazlıqlar barədə rəhbərliyə təqdimat vermək;
- Sahə rəisləri ilə gündəlik əlaqə saxlamaqla işin gedişatına maneə yaradan məsələləri həll etmək;
- Sahələrdə plan qrafik əsasında işlərin icra olunmasını izləmək;
- Mütəmadi olaraq layihədə aparılan işlərin keyfiyyət göstəricilərini müəyyən etmək, təhlilini aparmaq;
- Müəyyən edilmiş material, maşın-mexanizm, işçilik normalarının (miqdarlarının) gözlənməsini, israf və səmərəsiz istifadənin qarşısını almaq üçün təkliflər planı hazırlamaq;
- Tikinti sahələrindən tələb olunan texniki və material hesabatların müəyyən edilmiş vaxtda və qaydada baş ofisə təqdim edilməsini təmin etmək;
- Görülən işlər barədə təqdim olunan sənədlərin (F № 2) düzgünlüyünü əyani olaraq yoxlamaq, uyğunsuzluq aşkarlandıqda araşdırma aparmaq;
- Görülmüş işlər üzrə aylıq və həftəlik hesabatlar təqdim etmək;
- Plan üzrə nəzərdə tutulmuş işlərdə gecikmələrin analizini aparmaqla müvafiq tədbirlər görmək;
- Subpodratçı tərəfindən aparılan işlərin planlı olmasına və yüksək keyfiyyətlə təhvil verilməsinə nəzarət etmək.
Namizədə tələblər:
- Müvafiq vəzifə üzrə azı 5 il iş təcrübəsi;
- Tam ali təhsil (İnşaat və ya sənaye/mülki tikinti ixtisası üzrə);
- Məsuliyyətli;
- Problem həlletmə və analitik düşünmə qabiliyyəti;
- Konfidensiallığı qoruyub saxlamaq bacarığı;
- İşgüzar ünsiyyət və komandada işləmə bacarığı;
- MS Office və Autocad proqramlarını yaxşı səviyyədə bilmək.
İş şəraiti:
- İş yeri Qarabağ ərazisi
- Gündə 3 dəfə qidalanma
- Qalmaq şərəiti
- Yaş həddi 25-50
Tələblərə cavab verən şəxslər CV-lərini mövzu hissəsində “Texniki nəzarət üzrə mühəndis” qeyd etməklə, göndərə bilərlər.